Dünya
İrandan Bərzani ilə bağlı YENİ QƏRAR: sərhədlər...
Şimali İraq Kürd Muxtariyyəti ilə İran arasındakı 10 gün öncə bağlanan Başmaq sərhəd-keçid məntəqəsi İraq hökumətinin istəyi ilə yenidən açılıb. Bu barədə Süleymaniyə ticarət qurumunun rəhbəri Sirvan Muhammed deyib.
Son 24 SAAT: ordu Türkiyə sərhədinə çatdı
Müharibənin getdiyi İraqda son 24 saatda baş verənlər dünya mediasının gündəmindədir. Dünən Kərkükün Riyad bölgəsində İŞİD terror təşkilatının hücumu nəticəsində İraq ordusunun 4 əsgəri, Haşdi Şabi güclərinin isə 5 üzvü həlak olub. Terror aktı canlı bombanın özünü partlatması nəticəsində baş verib. Bu hücumdan sonra İraq ordusu Suriya ilə sərhəddə İŞİD terrorçularının təmizlənməsi əməliyyatına başlayıb.
ABŞ-ın qonşumuza HÜCUM SSENARİLƏRİ: Azərbaycan torpaqlarını GÖZLƏYƏN TƏHLÜKƏ
Donald Tramp ABŞ prezidenti seçiləndən sonra anti-İran siyasəti Ağ Ev üçün əsas prioritetə çevrildi. İndiki məqamda gərgin atmosfer təkcə İrana yox, bütün bölgəyə də təsir edir, lakin bu gərginliyin son nəticədə silahların qınından çıxmasına səbəb olacağı da istisna deyil. Təbii ki, ABŞ-İran qarşıdurması bölgədə əsas faktorlardan olan Azərbaycanı da maraqlandırır. Rəsmi Bakı sülhdən yanadır, amma Trampın Obamanın “nüvə razılaşması”nı ləğv etmək istəyi Vaşinqton-Tehran xəttində dönüşü olmayan proseslərə yol açır. İranşünas mütəxəssis Serhan Afacanın araşdırmalarına görə, rəsmi Tehran artıq ABŞ-ın mümkün hücumlarına qarşı müxtəlif ssenarilər hazırlayır. İranın atacağı addımlar ABŞ-ın gələcək siyasətindən asılı olacaq.
İsrail və Fələstin ilk dəfə EYNİ CƏBHƏDƏ
İsrail, Fələstin və İordaniyaya aid təhlükəsizlik qüvvələri İsrailin cənubunda ortaq yanğın təlimlərinə başlayıb. İsrail Xarici İşlər Nazirliyindən verilən açıqlamada təlimlərin 2 gün keçiriləcəyi bildirilib. Negev bölgəsində keçirilən təlimlər İtaliya, Fransa və İspaniyanın sponsorluğu ilə aparılır.
Kürd administrasiyası referendumun nəticəsini ləğv etməyə hazırdır
İraqın kürd administrasiyası sentyabrın 25-də keçirilən müstəqillik haqqında qanunsuz referendumun nəticəsini ləğv etməyə hazırdır. Bunu muxtariyyətin rəhbəri Məsud Bərzani bəyan edib. Bu qərarın İraqın mərkəzi hakimiyyəti ilə dinc danışıqlara başlamaq məqsədilə qəbul edildiyi bildirilir. M.Bərzani deyib ki, Ərbil sülh tərəfdarıdır və regionda hərbi fəaliyyətin davam etdirilməsini istəmir.
Moqerini: Vətəndaş cəmiyyəti təşkilatları "Şərq Tərəfdaşlığı" ölkələrində islahatların ən yaxşı sponsorlarıdır
Estoniyanın Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi çərçivəsində oktyabrın 25-dən 27-dək Tallində "Şərq Tərəfdaşlığı" Vətəndaş Cəmiyyəti Konfransı ilə yanaşı, Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun 9-cu illik toplantısı keçiriləcək.
Sərnişin təyyarədə ölüb - Rusiyada
Rusiya hava xətlərində bədbəxt hadisə baş verib. Məlumata görə, Novosibirsk sakini təyyarədə dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən şəxs 1953-cü il təvəllüdlü olub. O, Krasnoyarsk-Novosibirsk reysi üzrə hərəkət edirmiş və uçuşdan öncə səhhəti pisləşib. Həkimlərin səylərinə baxmayara onu xilas etmək mümkün olmayıb. İnsidentlə bağlı nəqliyyatda araşdırma idarəsi əlavə araşdırma aparır.
Türkiyədə Meral Akşenerin liderliyi ilə yeni siyasi partiya qurulub
Türkiyədə sabiq daxili işlər naziri, Böyük Millət Məclisinin keçmiş sədr müavini Meral Akşenerin başçılığı ilə yeni siyasi partiyanın qurulduğu elan olunub. M. Akşener bu gün səhər saatlarında Daxili İşlər Nazirliyinə gedərək partiyanın quruluş sənədlərini nazirliyin rəsmi şəxslərinə təqdim edib. Yeni partiyanın adı “İyi Parti” (Yaxşı Partiya) olacaq. Partiyanın sloqanı belədir: “Türkiye iyi olacak”.
Terrorçulara məxsus silah anbarı aşkarlandı
Suriyanın İŞİD terror təşkilatından təmizlənən Deyr ez Zor yaxınlığında yerləşən Meyadin şəhərində terrorçulara məxsus silah deposu aşkarlanıb. Olaylar bildirir ki, deopda NATO və İsrail istehsalı olan raketlər də aşkarlanıb.
"WhatsApp"da daha bir yenilik
"WhatsApp" messenceri "iOS" əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün qrup şəklində audio və video zənglər funksiyasını sınaqdan keçirir. Bu barədə "iPhone" üçün proqramın son beta-versiyasında aşkar edilmiş koda istinadla "WABetaInfo" portalı məlumat yayıb.
Dərsin ortasında 15 yaşlı qızla sevişdi - FOTO
Nazirlər istefaya göndərildi
Mərakeş kralı VI Məhəmməd bir neçə naziri və yüksək vəzifəli məmuru istefaya göndərib. Buna səbəb Əl-Hoseymə şəhərində inkişaf istiqamətində qarşıya qoyulmuş vəzifələrin icra edilməməsi olub. Məlumata görə, şəhərdə uzun müddətdir qeyri-sabit şərait davam edir.
Tramp qaçqınların qəbulunu bərpa etdi
ABŞ prezidenti Donald Tramp qaçqınların qəbulunun bərpa edilməsi haqqında fərman imzalayıb. Qaçqınların qəbuluna tətbiq edilmiş 120 günlük qadağanın müddəti oktyabrın 24-də başa çatıb. Qadağanın ölkənin təhlükəsizliyini gücləndirdiyi qeyd olunur.
Stüardessa təyyarədən yıxıldı
Çinin "China Eastern" hava yollarında çalışan stüardessa təyyarənin qapılarını bağlayan zaman havalanmaqda olan təyyarədən yıxılıb. Hadisə Şençen şəhərində baş verib. Üç metr hündürlükdən düşən bort bələdçisi ağır xəsarətlər alıb. Dərhal xəstəxanaya yerləşdirilən işçi çoxsaylı sınıq və travmalar alıb.
Türkiyənin nümayəndə heyətinə viza verilmədi
kuməti Türkiyənin Ədliyyə Nazirliyinin nümayəndə heyətinə viza verməyib. Bu barədə CNN Turk məlumat yayıb. Qeyd olunur ki, türkiyəli məmurlar Vaşinqtona iki ölkə arasında yaranmış viza gərginliyinin aradan qaldırılması üçün danışıqlar aparmaq məqsədi ilə gedirdilər.














