Avropa çempionu həbs olundu

5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub. Səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır. Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub.

5000 metr məsafəyə qaçış üzrə 2016-cı il Avropa çempionatının ispaniyalı qalibi İlias Fifa həbs olunub.

Səbəb Mərakeş əsilli atletin dopinq maxinasiyalarında iştirakıdır.

Fifanı Kataloniya polisi dopinqlə mübarizə kampaniyası çərçivəsində Santa-Kolomadakı evində həbs edib. Antidopinq əməliyyatını keçirməkdə məqsəd qadağan olunmuş dərman və vasitələrin üzə çıxarılması olub. 28 yaşlı idmançıdan əlavə, daha 15 nəfər tutulub.

Qeyd edək ki, İlias Fifa 2016-cı il Yay Olimpiya Oyunlarının iştirakçısı olub. Həmin olimpiadaya Azərbaycan təmsilçisi Hayle İbrahimova da qatılıb. Lakin hər iki atlet 5000 metr məsafəyə qaçışda finala yüksələ bilməyib. Goal.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31