Kremldən Kiyevdəki partlayışla bağlı AÇIQLAMA - YENİLƏNİB

Kremlin sözçüsü Dmitri Peskov Kiyevdə millət vəkillərinə qarşı təşkil edilən bombalı hücumla bağlı açıqlama verib. Spiker hücumun Rusiya ilə heç bir əlaqəsi olmadığını və rusofobiya niyyətli olduğunu bildirib. D.Peskov hücumda Çeçenistan lideri Ramzan Kadırovun barmağı ola biləcəyi istiqamətində jurnalistlərin suallarını cavablandırıb: “Kiyev həmişə olduğu kimi sadəcə Ramzan Kadırov deyil, Moskvadakı bütün səlahiyyətli şəxsləri günahlandırır. Heç şübhə yoxdur ki, bu hadisə Kiyev və Ukraynanı bürüyən rusofobiyanın məhsuludur”. Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü İvan Varçenko hücumda R.Kadırovun əli olduğunu bildirmişdi.

Kremlin sözçüsü Dmitri Peskov Kiyevdə millət vəkillərinə qarşı təşkil edilən bombalı hücumla bağlı açıqlama verib. Spiker hücumun Rusiya ilə heç bir əlaqəsi olmadığını və rusofobiya niyyətli olduğunu bildirib. D.Peskov hücumda Çeçenistan lideri Ramzan Kadırovun barmağı ola biləcəyi istiqamətində jurnalistlərin suallarını cavablandırıb: "Kiyev həmişə olduğu kimi sadəcə Ramzan Kadırov deyil, Moskvadakı bütün səlahiyyətli şəxsləri günahlandırır. Heç şübhə yoxdur ki, bu hadisə Kiyev və Ukraynanı bürüyən rusofobiyanın məhsuludur". Ukrayna Daxili İşlər Nazirliyinin sözçüsü İvan Varçenko hücumda R.Kadırovun əli olduğunu bildirmişdi.

***

Ukraynanın paytaxtı Kiyevdə partlayış baş verib.

Publika.az xəbər verir ki, Kiyevin mərkəzində yerləşən Espresso telekanalının çıxışında baş verən partlayışda bir nəfər ölüb, 3 nəfər yaralanıb. Bu barədə Ukrayna DİN rəhbərinin məsləhətçisi Anton Qeraşenko məlumat verib. Ölənin şəxsiyyəti dəqiqləşməsə də, yaralananlardan biri deputat İqor Mosiyçuk, biri isə politoloqdur. DİN rəsmisinin sözlərinə görə, telekanal yaxınlığında motosikl partladılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31