İstanbulda 52 mərtəbəli binada yanğın baş verib

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda 52 mərtəbəli binada yanğın baş verib. “Habertürk” yazır ki, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb. Əsasən ofislərin yerləşdiyi binanın aşağı mərtəbəsindəkilər təxliyə olunub.

Türkiyənin İstanbul şəhərinin Ataşehir rayonunda 52 mərtəbəli binada yanğın baş verib. "Habertürk" yazır ki, yanğın binanın 15-ci mərtəbəsində qeydə alınıb. Əsasən ofislərin yerləşdiyi binanın aşağı mərtəbəsindəkilər təxliyə olunub.

Yanğının havalandırma sistemində qaynaq işləri görülərkən baş verdiyi bildirilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Yanğının binadakı ağıllı söndürmə sistemi sayəsində qarşısı alındığı deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31