Ufoloqlar Marsda 7 kilometr uzunluğu olan "spermatozoid" AŞKARLADILAR

“Google Mars” xidmətinin köməyi ilə Qırmızı planetin səthinin şəkillərini araşdırarkən, alimlər diqqəti qeyri-adi obyektə yönəldiblər. Mütəxəssislər müəyyən məsafədən daha çox spermatozoidi xatırladan əcaib varlığın kosmosdan Marsın səthinə düşmüş nəhəng heyvan kimi də yozurlar.

"Google Mars" xidmətinin köməyi ilə Qırmızı planetin səthinin şəkillərini araşdırarkən, alimlər diqqəti qeyri-adi obyektə yönəldiblər. Mütəxəssislər müəyyən məsafədən daha çox spermatozoidi xatırladan əcaib varlığın kosmosdan Marsın səthinə düşmüş nəhəng heyvan kimi də yozurlar.

Ufoloqların sözlərinə görə, sirli varlığın uzunluğu "quyruğu"nu nəzərə almamaq şərtilə 7.7 kilometr təşkil edir. Nəhəng bədheybətdə quyruqdan başqa, ağız, burun, göz və nəsə pəncə kimi bir şey müşahidə etmək olur.

Ufoloqlar balıqların suda yaşadığı kimi, bilavasitə kosmik sahədə yaşamağa qadir olan canlıların necə qidalandığını, yaşamaq üçün labüd olan maddələri haradan və necə aldığını müəyyən etməkdə çətinlik çəkirlər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31