Türkiyənin 17 ölkədəki səfiri geri çağırıldı

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. Bununla bağlı qərar “Resmi Gazete”də dərc olunub. Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazrliyinin sərəncamına götürülüb. Geri çağırılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Türkiyənin 17 ölkədəki səfiri geri çağırılıb. Bununla bağlı qərar "Resmi Gazete"də dərc olunub. Vəzifəsindən azad olunan diplomatların bir qismi Xarici İşlər Nazrliyinin sərəncamına götürülüb. Geri çağırılanlar arasında Türkiyənin Gürcüstandakı səfiri Zeki Levent Gümrükçü də var. O, ölkəsinin Belçikadakı səfiri təyin edilib.

Ankaranın Belçikadakı təmsilçisi Mehmet Hakan Olcay da geri çağırılıb və Xarici İşlər Nazirliyində yeni vəzifəyə təyin olunub.

Rəsmi Ankara ümumilikdə 21 ölkəyə isə yeni səfir təyin edib. //Report

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31