Medvedev Ermənistandan narazı qayıtdı
Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Ermənistana gələn Rusiya nümayəndə heyəti İrəvandan narazı qayıdıb. İclasda mal dövriyyəsi sahəsində mövcüd vəziyyəti göstərən erməni baş nazir Karen Karapetyan və Rusiyanın baş naziri Dmitri Medvedevin statistik rəqəmləri arasında fərq açıq-aşkar hiss edilib.
27 Oktyabr 2017 12:20 DünyaAvrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclasında iştirak etmək üçün Ermənistana gələn Rusiya nümayəndə heyəti İrəvandan narazı qayıdıb. İclasda mal dövriyyəsi sahəsində mövcüd vəziyyəti göstərən erməni baş nazir Karen Karapetyan və Rusiyanın baş naziri Dmitri Medvedevin statistik rəqəmləri arasında fərq açıq-aşkar hiss edilib.
"Diqqət edin, "Multi Qrand"-da Avrasiya İqtisadi Əməkdaşlıq təşkilatının iclası davam etdiyi məqamda Ermənistanın Energetika və Təbii Ehtiyyatlar Nazirliyində ABŞ səfiri ilə 190 milyon dollar həcmində sərmayə bəyannaməsi imzalanıb" - deyən mənbənin sözlərinə görə, Rusiya nümayəndə heyətinin narazılığına səbəb olan amillərdən biri də budur. AzVision.az ermən KİV-lərinə istinadən xəbər verir.