PKK-ya böyük zərbə: ABŞ-ın silah yardımı yolu bağlandı
İraq ordusu Ərbil-Haseki xəttindəki Yarubiyə sərhəd qapısını nəzarəti altına alıb. Bu sərhəd qapısı PKK terror təşkilatı üçün olduqca əhəmiyyətli idi. Çünki ABŞ 2014-cü il sentyabr ayından etibarən təşkilata məhz bu yolla silah-sursat və zirehli avtomobillər göndərirdi.
27 Oktyabr 2017 11:02 Dünyaİraq ordusu Ərbil-Haseki xəttindəki Yarubiyə sərhəd qapısını nəzarəti altına alıb. Bu sərhəd qapısı PKK terror təşkilatı üçün olduqca əhəmiyyətli idi. Çünki ABŞ 2014-cü il sentyabr ayından etibarən təşkilata məhz bu yolla silah-sursat və zirehli avtomobillər göndərirdi.
Hazırda Malikiyyə bölgəsində yerləşən Semelka sərhəd xətti uğrunda İraq ordusu ilə peşmərgə arasında qarşıdurma davam etməkdədir. PKK da peşmərgəyə dəstək vermək məqsədilə bölgəyə çox sayda terrorçu göndərib. Çünki Semelka sərhəd xətti ABŞ-PKK koridoru olmaqla yanaşı, həm də PKK-peşmərgə bağlantısı üçün strateji keçid nöqtələrindən biridir.
ABŞ bundan sonra İŞİD terror təşkilatına qarşı mübarizə bəhanəsi ilə PKK-ya Haseki limanı və Rakka-Tabka hərbi hava bazası vasitəsilə dəstək və yardım göndərəcək. Publika.az