İŞİD-çilər Avropadan aylıq sosial təminat alırmış
Fransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib. Fransada və digər Avropa ölkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildən 2016-cı ilə qədər terrorçular qeyri-qanuni olaraq öz ölkələrindən 2 milyon avrodan çox sosial müavinət alıblar.
27 Oktyabr 2017 13:33 DünyaFransada 100-dən çox cihadçı ölkəni İŞİD sıralarına qoşulmaq üçün tərk etdikdən sonra belə sosial müavinətlərini mütəmadi olaraq almağa davam edib. Fransada və digər Avropa ölkələrində aparılan araşdırmalar nəticəsində məlum olub ki, 2012-ci ildən 2016-cı ilə qədər terrorçular qeyri-qanuni olaraq öz ölkələrindən 2 milyon avrodan çox sosial müavinət alıblar. Bu məbləğin təxminən 500 min avrosu məhz Fransa vətəndaşlarına verilib. Beləliklə, ötən il ərzində İŞİD sıralarında döyüşən fransız cihadçılar təxminən 420 qeyri-qanuni ödəniş əldə ediblər. İŞİD terrorçularının Avropada qalan yaxınları tərəfindən müavinətlərin əldə edilməsi üçün sosial təminat mərkəzlərinə müraciət edilib. Pullar Suriya və İraqa əsasən Türkiyədəki vasitəçilər tərəfindən çatdırılıb.
Fransa polisi qeyri-qanuni maliyyə axınının qarşısını yalnız sosial təminat mərkəzlərinə İŞİD-çilərin tam siyahısını verdikdən sonra alıb. Bu barədə "Teleqraf" nəşri informasiya yayıb.