Dünya
Pakistan səfiri Qarabağa görə dünyaya çağırış etdi
Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdiyi görüşə münasibət bildirib. Məlumata görə, səfir münaqişənin nizamlanmasına dair danışıqların intensivləşməsi barədə təklifi müsbət dəyərləndirib.
Ukrayna əsgərləri ruslara atəş açdı - GƏRGİNLİK
Ukrayna əsgərləri Ortaq Nəzarət və Koordinasiya Mərkəzinin (JCCC) müşahidə nöqtəsinə odlu silahlardan atəş açılıb. Bu barədə koordinasiya mərkəzinin rəhbəri Ruslan Yaqubov məlumat verib. Mərkəzdə rus, ukraynalı və Donetsk Xalq Respublikasının səlahiyyətli nümayəndələrinin olduğu bildirilib. Son məlumata görə, atəş hazırda da davam edir.
ABŞ-ın Türkiyənin S-400 almasına qarşı çıxmasının SİRRİ
“ABŞ Türkiyənin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərini almasına qarşı çıxır, çünki, öz təsirini itirmək istəmir”. Bu barədə rusiyalı ekspert Aleksandr Jillin ABŞ və NATO-nun S-400-lə bağlı Türkiyəyə təzyiq etməsini şərh edərkən bildirib. Rusiyalı ekspert deyir ki, NATO bu gün hər kəsin “yeganə müdir” olan Vaşinqtona boyun əydiyi düşərgədir: “Bu, “müdir” silahın kimdən və nə qədər alınacağını müəyyənləşdirir. ABŞ “müdir” olduğu düşərgədə təsirini itirmək istəmir. Buna görə də Türkiyəyə qarşı çıxır”.
İtaliyada meşə yanğınları davam edir - Ölən var
İtaliyanın şimalındakı Pyemont vilayətində iki həftədən çoxdur davam edən meşə yanğınları daha geniş ərazini əhatə edib. Yanğın 1600 hektardan çox ərazini əhatə edib. Son məlumata gröə, yanğınlar 60-dan çox yaşayış məntəqəsinə təsir göstərib, böyük fəsadlara yol açıb.
Sorğu: Rusiyalıların 41 faizi baş nazir Medvedevin fəaliyyətini mənfi qiymətləndirir
Rusiyalılar baş nazir Dmitri Medvedevin fəaliyyətini qiymətləndiriblər. Məlumata görə, "İctimai Rəy" Fondunun apardığı sorğunun nəticələrinə əsasən, sorğuda iştirak edənlərin 38 faizi baş nazirin fəaliyyətini yaxşı qiymətləndirib. Respondentlərin 41 faizi isə hesab edir ki, Medvedyev öz işinin öhdəsindən gələ bilmir. Sorğunun nəticəsində görə, respondentlərin 49 faizi hazırkı baş nazirə güvənmir. Sorğuda iştirak edənlərin 1/3-nin son ayda Medvedyevə etimadı azalıb.
Rusiya kosmosa ovçu peyk yollayayır
Rusiyanın Federal Kosmik Agentliyi orbitə buraxılan istənilən kosmik gəmi və peyklərin yaxınlığına gedərək "casus" funksiyasını yerinə yetirə və lazım olan informasiyaları bazaya ötürə bilən hərbi kəşfiyyat peykini uğurla sınaqdan çıxarıb.
Rusiya embarqo qoyduğu ölkələrin siyahısını genişləndirdi
Rusiya məhsul idxal etdiyi və embarqo qoyulan ölkələrin siyahısını genişləndirib. Yeni qərara əsasən Avropa İttifaqı, ABŞ, Kanada və digər ölkələrdən canlı donuz və donuz məmulatlarının idxalı qadağan edilib.
Şoyqu: "Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər"
"Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır". Məlumata görə, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Rusiyalı nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: "Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq anti-Rusiya xarakteri daşıyır".
Nikol Paşinyan: "Sarkisyanın vaxtında Ermənistanda olduqca çox siyasətçi öldürülüb"
"Seçkilərin gedişatında, hansıların ki, nəticələri əvvəlcədən heç kimdə şübhə doğurmurdu, formalaşdırılmış parlament və hökumət 27 oktyabr 1999-cu ildə başsız qaldı".
Türkiyədə fabrikdə kütləvi zəhərlənmə
Türkiyənin Dənizli vilayətində fabriklərin birində kütləvi zəhərlənmə qeydə alınıb. Hadisə nəticəsində 37 nəfər xəstəxanaya yerləşdirilib. Son məlumata görə, zəhərlənmə təbii qazdan baş verib.
Türkiyədə kimi dəstəkləyək? - AKP, CHP, MHP, “İyi Parti”
Türkiyənin ünlü siyasilərindən olan sabiq daxili işlər naziri, eks vitse-spiker, əski MHP-li Meral Akşənərin liderliyi ilə təsis etdiyi yeni partiya-"İYİ" ("Yaxşı") siyasətçilərin mmüazirə predmetinə çevrilib. Sözügedən partiyanın Azərbaycana qarşı bəlli münasibəti də ölkəmizin siyasi xadimlərini dilə gətirib. Millət Vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Müstafa qeyd edib ki, Türkiyəmizin içində, çölündə olub-bitənlər bizi ya sevindirir, ya da rahatsız edir.
Əfqanıstanda bir gündə 95 terrorçu öldürülüb
Əfqanıstanın 12 vilayətində “Taliban” terror qruplaşmasına qarşı hərbi əməliyyatlar keçirilir. Bu barədə məlumatı Əfqanıstan Müdafiə Nazirliyi yayıb.
Türkiyənin yeni siyasi partiyası qədim türklüyü özündə tərənnüm edir
Məlum olduğu kimi Türkiyədə yeni siyasi partiya təsis edilib. Vaxtı ilə Milliyətçi Hərəkat Partiyasının fəallarından və bu partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan aktiv deputatlarından sayılan Meral Akşenerin yaratmış olduğu partiya İyi Partiya adlanır. Türkiyədə hər şeyin iyi olmasını arzulayan Meral Akşenerin yaratmış olduğu partiyanın qısa zaman ərzində qardaş ölkənin ana müxalifətinə çevriləcəyi istisna edilmir ki, bunun da bir neçə səbəbi var. Birincisi, hazırkı müxalifət partiyaları olan CHP və MHP-nin uzun illər siyasi həyatda ciddi uğura nail olmamasıdır ki, adıçəkilən partiya üzvlərində istər-istəməz bu uğursuzluq narazılıqlar yaradıb. Və həm millətçilər, həm də cümhuriyyətçilər daha aktiv siyasi proseslərin iştirakçısı ola biləcək yeni bir siyasi qüvvə axtarışındadırlar.
Çinlilərdən ibarət cinayətkar dəstəyə qarşı əməliyyat
İspaniya polisi ölkənin 11 vilayətində eyni vaxtda “Çin mafiyası”na qarşı xüsusi əməliyyat keçirib. “Shoping” kod adlı əməliyyat nəticəsində Madrid, Barselona, Sevilya, Malaqa, Valensiya, Alikante və başqa vilayətlərdə 34 axtarış aparılıb, 80 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Whatsapp 1 il idi gözlənilən o YENİLİYİ ETDİ
Düz bir ildir səbirsizliklə gözlənilən funksiyanı WhatApp-da, nəhayət, tətbiq etmək mümkün olacaq.














