Dünya

Dünyanın ən zəngin adamı dəyişdi

28 Oktyabr 2017 10:15

ABŞ-ın “Amazon” şirkətinin yaradıcısı Ceff Bezos dünyanın ən zəngin adamına çevrilib. Bu barədə “Bloomberg” və “Forbes” məlumat verib. “Amazon”un səhmlərinin qiymətinin kəskin artması C.Bezosa “Microsoft”un təsisçisi Bill Geytsi üstələməyə imkan verib. Son sutka ərzində “Amazon”un səhmlərinin qiyməti 10%, 53-yaşlı sahibkarın sərvəti isə 10 milyarddan çox artıb.

"İnstagram"dan daha bir yenilik: Superzoom

28 Oktyabr 2017 08:10

İstifadəçi sayı gündən-günə artan sosial media tətbiqi “instagram” funksiyalarına daha birini əlavə edib.  “Rewind”, “boomerang” və bir-birindən maraqlı effektləri ilə gənclərin sevimlisinə çevrilən “instagram” daha bir yenilik edib. Artıq “superzoom” vasitəsilə hər hansı obyekti maraqlı musiqilərlə yaxınlaşdırmaq mümkün olacaq. Yeni funksiya çəkilən obyekti böyüdərək fərqli səs effektlərinin əlavə olunmasına imkan yaradacaq.

Fransa da Kataloniyanın müstəqilliyini tanımadı

28 Oktyabr 2017 08:05

Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir. Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.

Böyük Britaniya da Kataloniyanın müstəqilliyini tanımadı

27 Oktyabr 2017 22:54

Böyük Britaniya Kataloniyanın müstəqillik barədə birtərəfli qətnaməsini tanımır və gələcəkdə də tanımayacaq. Bu barədə Baş nazir Tereza Meyin rəsmi nümayəndəsi deyib.

Qızılca xəbərdarlığı

27 Oktyabr 2017 20:57

Dünyada qızılca dövrü başa çatır. Bununla bağlı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. Təşkilatın yaydığı məlumatda bildirilir ki, dünyada qızılcadan ölən uşaqların sayı tarixdə ən aşağı səviyyəyə düşüb. Təşkilat rəsmiləri bildirib ki, 2000-ci ildə 550 mindən çox uşaq qızılcadan həyatını itirib. 2000-ci ildən bu günə qədər uşaqlara 5.5 milyon dozada qızılca peyvəndi vurulub. Bu 20.4 milyon insanın həyatının xilas olunması mənasını gəlir.

Yəhudilərin dinini qəbul edib, haram yeməyən prezident qızı haqda ƏN MARAQLI 12 FAKT - FOTO

27 Oktyabr 2017 20:51

Amerika prezidentinin böyük qızı İvanka Tramp övladları arasında ən istedadlısıdır. O, vaxtını dünyanın ən bahalı əyləncə gecələrində keçirə bilərdi, amma İvanka atasının yanında qalıb onunla işləməyi üstün tutub. Bununla belə 3 övlad böyüdən prezident qızı gözəllikdə Hollivud uldzularından geri qalmır. Bu yazıda oxucuları İvanka Tramp haqqında maraqlı faktlarla tanış edir:

“Philips” şirkəti 16 meqapiksellik ön kameraya malik smartfon təqdim edib

27 Oktyabr 2017 19:52

Philips” şirkəti tərəfindən təqdim edilmiş yeni “X596” modeli qabaqcıl ön kamera və tutumlu akkumulyatora malikdir. Smartfon 1,4 QHs takt tezlikli səkkiznüvəli “Qualcomm Snapdragon 435” prosessoru ilə təchiz edilib və “Android 7.1 Nougat” mobil əməliyyat sistemi ilə işləyir. Qurğu 1920x1080 piksel təsvir ölçülü 5,5 düym diaqonallı displeyə malikdir.

Yeni nəsil “Eset NOD32” antivirusunda əlavə funksiyalar quraşdırılıb

27 Oktyabr 2017 19:49

“Eset” şirkəti “Eset NOD32” fərdi antivirus məhsullarının yeni nəslini təqdim edib. Məhsullar “Ev şəbəkəsinin mühafizəsi” modulunun genişləndirilmiş imkanları, “UEFI skaneri” funksiyası və “Fırıldaqçı proqramlardan mühafizə” modulu ilə təchiz olunub. Bundan sonra “Eset NOD32” istifadəçiləri qoşulmuş qurğuların təhlükəsizliyini yoxlaya (açıq portlarda portları və məlum xidmətləri skan etmək), parolların müdaxiləyə dözümlülüyünü izləyə biləcəklər. Bundan başqa, marşrutlayıcı interfeysində boşluq və zəif parolların aşkarlanmasını yoxlayan funksiya əlavə olunub.

Süni intellekt botlardan müdafiəni dəf etməyi öyrənib

27 Oktyabr 2017 19:45

ABŞ mühəndisləri saytların botlardan müdafiəsi üçün istifadə edilən mətn yazılarına müdaxilə edə bilən yeni özü öyrənən süni intellekt  sistemi yaradıblar. "Sistem neyrofiziologiyasının təcrübəsindən istifadə edərək tərəfimizdən yaradılmış yeni kompüter tanıma modeli mətn yazılarını dərin neyron şəbəkələri ilə müqayisədə daha yaxşı tanıyır və eyni zamanda 300 dəfə daha effektiv işləyir" – proqramın yaradıcısı Dilip Corc deyib.

Çində elastik displeylərin seriyalı istehsalına başlanılıb

27 Oktyabr 2017 19:38

Çinin “BOE” şirkəti ölkədə üzvi işıq diodlu ekranların (OLED) istehsalı üzrə istehsal xəttini istifadəyə verib. Beləliklə, Çin elastik displeylərin seriyalı istehsalının həyata keçirildiyi Koreya Respublikasından sonra ikinci ölkə olub.   “OLED” displeylərin ilk partiyası artıq “Huawei”, “Vivо”, “Xiaomi”, “ZTE” və Çinin əvvəllər analoji məhsulu “Samsung” istehsalçısından satın alan digər şirkətlərinə tədarük edilib.     “BOE”-nun vitse-prezidenti Çjan Yunun sözlərinə görə, displeylərin altıncı nəsil “AMOLED” (üzvi işıq diodlu aktiv matrisa) texnologiyasından istifadə edilməklə istehsalı şirkətin Çendu şəhərində - Sıçuan əyalətinin inzibati mərkəzində yerləşən bazasında həyata keçirilir.   

Dünyada ən güclü smartfon hansıdır?

27 Oktyabr 2017 19:33

Müxtəlif cihazların sürətini təhlil edən “AnTuTu” proqramının yaradıcıları dünyada ən güclü və sürətli smartfonların reytinqini tərtib ediblər. “iPhone 8 Plus” smartfonu reytinqdə birinci yerdə qərarlaşıb. Ötən ay müvafiq reytinqdə “OnePlus 5” və “HTC U11” smartfonları lider olmuşdular. İndi “Apple” şirkətinin istehsalı olan smartfonlar reytinqdə ilk pillələrdə qərarlaşıblar. “iPhone 8 Plus” smartfonu yoxlama zamanı 217 min bal, “iPhone 8” isə 209 min bal toplayıb.

“3D” printerdə qida çap olunub

27 Oktyabr 2017 19:28

İsrailin Yerusəlim Yəhudi Universitetinin alimləri yemək çap edən dünyanın ilk üçölçülü (3D) qida printerini yaradıblar.   İxtiraçılar Odeda Şoseyov və İdo Braslavskinin sözlərinə görə, belə printerlərin istehsal prosesi çətin deyil və kütləvi bazara daxil olmaq üçün azı 5 il müddət lazımdır. Yeni “3D” printer xammal qismində nanosellüloz, zülal, yağ və karbohidratdan istifadə edir. Hazırda printer yalnız xəmir çap edə bilsə də, tədqiqatçılar bildirir ki, onun potensialı daha böyükdür.

4,8 Gbit/s sürətinə malik yeni “Wi-Fi” texnologiyası təqdim edilib

27 Oktyabr 2017 19:17

Cənubi Koreyanın “SK Telecom” şirkəti məlumatları 4,8 giqabit/saniyə sürətində ötürməyə imkan verən “Wi-Fi” texnologiyası təqdim edib.     “Wi-Fi” şəbəkəsi və çıxış nöqtələrinin fəaliyyətini təmin edən yeni texnologiya “IEEE 802.11ax” standartına əsaslanır. O, məlumatların ötürülmə sürətini informasiyanı 1.3 giqabit/saniyə sürətində ötürən 1 giqabitlik “802.11ac” şəbəkə standartının göstəriciləri ilə müqayisədə dörd dəfə artırmağa imkan verir.