Dünya

13 polis öldürüldü

29 Oktyabr 2017 12:40

Deputat qəzaya düşdü

29 Oktyabr 2017 12:38

Ədalət və İnkişaf Partiyasının deputatı, Türkiyə siyasətinin aktiv üzvlərindən olan Şahin Tin avtoqəzaya düşüb. Deputat Dənizli-İzmir yolunda qəzaya düşüb. Onun olduğu avtomobildə AKP-nin Dənizli təşkilatının sədri Nəcib Filiz, sabiq deputat Məhmət Yuksel və daha 8 nəfər olub.

Məsud Bərzani istefa verdi

29 Oktyabr 2017 11:41

49 İŞİD tərəfdarı həbs edildi

28 Oktyabr 2017 14:38

Ankarada keçirilən əməliyyat nəticəsində 49 İŞİD tərəfdarı həbs olunub. Ankara prokurorluğunun açdığı cinayət işində İŞİD-lə əlaqədə şübhəli bilinən 55 əcnəbi şəxs haqqında həbs qərarı çıxarıb.

Ankara meri Melih Gökçek istefa verdi

28 Oktyabr 2017 13:05

Bu gün Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek istefa verdiyini açıqlayıb. Meri toplantı zamanı özünü “dava adamı” adlandırıb və qeyd edib ki, o heç də yorğun olduğu üçün yox, sırf prezident Rəcəb Tayyib Ərdoğanın tələbinə uyğun olaraq vəzifəsindən ayrılır. Çünki Ərdoğanın daha gözəl bir Türkiyə inşa edəcəyinə inanır.

Avropanın mərkəzində türklərə hücum – 8 yaralı

28 Oktyabr 2017 12:58

PKK terror təşkilatı Belçikanın Anvers şəhərində nümayiş keçirib. Terrorçular Abdulla Öcalanın posterləri ilə Türkiyə vətəndaşlarının sıx olduğu Brederode küçəsinə axışıb. Onlar müxtəlif sşüarlar səsləndirərək türkləri qarşıdurmaya təhrik edib. Hadisə nəticəsində 1-i polis olmaqla, 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Kataloniyaya yeni rəhbər təyin edildi

28 Oktyabr 2017 12:26

İspaniya hökuməti Kataloniyaya yeni rəhbər təyin edib. Kataloniya muxtariyyətinin yeni rəhbəri İspaniya baş nazirinin müavini Sorayya Saens de Santamariya Antondur.

Rusiya şirkətləri ilə işləyən dövlətlər də sanksiyalara məruz qalacaq

28 Oktyabr 2017 10:29

ABŞ sanksiya altında olan Rusiya şirkətləri ilə işgüzar əlaqələrə görə üçüncü dövlətlər və müəssisələrə qarşı seçmə sanksiyalar tətbiq etmək niyyətindədir. Bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

Dünyanın ən bahalı saatı satışa çıxarıldı - FOTO

28 Oktyabr 2017 10:27

"Phillps" hərrac evində "Legendary Watches of the 20th Century" layihəsi çərçivəsində dünyanın ən bahalı və nadir saatı satışa çıxarılıb. Sözügedən saat "Rolex Cosmograph" firması tərəfindən 1968-ci illərin ortalarında istehsal edilib. Saatı dünya şöhrətli aktyor Paul Nyumana həyat yoldaşı, aktrisa Cuanna Vudvord hədiyyə etmişdir.

Ərdoğan: "Ankaranı məscidsiz hala gətirmək istədilər"

28 Oktyabr 2017 10:24

Prezident Ərdoğan Ankarada məscidin açılışında iştirak edib. Ərdoğanın göstərişilə tikintisinə 4 il əvvəl başlanmış, eyni anda 7 min nəfərin namaz qıla biləcəyi Melike Hatun Camisinin açılış mərasimi olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, açılışdan sonra çıxış edərək Ankaranın tək partiyalılıq dövründə məscidsiz vəziyyətə gətirilmək istədiyini deyib:

Medvedyev İrəvanda elə mesaj verdi ki...

28 Oktyabr 2017 10:22

Bakı-Tiflis-Qars dəmiryolunun tikintisinin başa çatması Rusiya və Ermənistanın Moskva-Suxumi-Tiflis-İrəvan dəmiryolunun açılması ilə bağlı cəhdlərini sonlandırmayıb. Bunu “Haqqin.az” saytına açıqlamasında Gürcüstan prezidentinin eks-müşaviri Vaxtanq Maisaya söyləyib.

Türkiyənin ən böyük hava limanı tarixə qovuşur, Atatürkün adı silinir

28 Oktyabr 2017 10:20

Türkiyədə dövlət Atatürk hava limanının, bağlanması yönündə hazırlıq işlərinə başlayıb. Onun yerinə  artıq 65 %-i hazır olan,  yeni hava limanının tikintisi  başa çatandan sonra 1900-cü illərin əvvəllərindən fəaliyyət göstərən, Atatürk hava limanının dövrü başa çatacaq.

Pentaqon rəhbəri: "Şimali Koreyanın hücum cəhdi "dağıdıcı cavab zərbələrinə səbəb olacaq

28 Oktyabr 2017 10:18

ABŞ müdafiə naziri Ceyms Mettis Şimali Koreya rəhbərliyinə xəbərdarlıq edib ki, onun sürətlə inkişaf edən nüvə proqramı ölkənin təhlükəsizliyini möhkəmləndirməyəcək, əksinə, zəiflədəcək.  Pentaqon rəhbəri Şimali Koreyanın nüvə ölkəsi olması ilə heç vaxt barışmayacaqlarını bildirib: "İllüziyalara qapılmayın. ABŞ-a və ya bizim müttəfiqlərimizə istənilən hücum dəf ediləcək. Nüvə silahının tətbiqi cəhdi effektiv və dağıdıcı cavab zərbələri ilə müşayiət olunacaq".