Ərdoğan: "Ankaranı məscidsiz hala gətirmək istədilər"
Prezident Ərdoğan Ankarada məscidin açılışında iştirak edib. Ərdoğanın göstərişilə tikintisinə 4 il əvvəl başlanmış, eyni anda 7 min nəfərin namaz qıla biləcəyi Melike Hatun Camisinin açılış mərasimi olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, açılışdan sonra çıxış edərək Ankaranın tək partiyalılıq dövründə məscidsiz vəziyyətə gətirilmək istədiyini deyib:
28 Oktyabr 2017 10:24 DünyaPrezident Ərdoğan Ankarada məscidin açılışında iştirak edib. Ərdoğanın göstərişilə tikintisinə 4 il əvvəl başlanmış, eyni anda 7 min nəfərin namaz qıla biləcəyi Melike Hatun Camisinin açılış mərasimi olub. Mərasimdə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. O, açılışdan sonra çıxış edərək Ankaranın tək partiyalılıq dövründə məscidsiz vəziyyətə gətirilmək istədiyini deyib:
"Tək partiyalılıq dövründə Ankaranın qədim tarixindən qopardılma və məscidsiz vəziyyətə gətirilmə istəyinin inkarı mümkün olmayan bir gerçəkdir".
Açılış mərasimində Prezident Ərdoğanla bərabər Türkiye Böyük Milli Məclisinin sədri İsmayıl Kahraman, Türkiyənin baş naziri Binali Yıldırım da iştirak edib. Bu gün istefasını rəsmən açıqlayacaq olan Ankara Böyükşəhər Bələdiyyə Sədri Melih Gökçenin açılışa qatılmaması diqqət çəkib.
A24.az