Dünya
Azərbaycanlı iş adamı oğurlandı - Arvadından 1,5 milyon istəyirlər
Rusiyada Azərbaycan əsilli şəxs oğurlanıb. Hadisə oktyabrın 25-də Peterburqun Viborqsk rayonunda Engels prospektində baş verib. Dəbilqə geyinmiş 3 silahlı şəxs 48 yaşlı kişini evinin yaxınlığında oğurlayıb. Həmin an müşahidə kamerasına düşüb. Onlar öncə kişini yerə yatırır, sonra isə “Volkswagen Caravelle” markalı göy rəngli mikroavtobusa əyləşdirirlər.
Dənizə düşən helikopter tapıldı
Oktyabrın 26-da Norveçdə Şimal dənizində qəzaya uğrayan yüngül mühərrikli “Mi-8” helikopteri tapılıb. Tapılan helikopterdən 8 ekipaj üzvünün cəsədi çıxarılıb.
Təbii fəlakət - Polşa və Almaniyada
Ötən gecə Polşada müşahidə olunan güclü fırtına iki nəfərin həyatına son qoyub. Bu barədə dövlət yanğınsöndürmə xidmətinin mətbuat katibi Pavel Frantçak açıqlama verib. Hər iki ölüm hadisəsi ağacın maşının üstünə aşması nəticəsində baş verib. Fırtına ilə bağlı xilasetmə orqanlarına 500 müraciət olunub.
Polislər arasında QANLI DAVA - Xidməti yoldaşını bıçaqladı
Moskvada polislər arasında qanlı dava olub. Polislərdən biri xidməti yoldaşını ölümcül döyüb və başına bıçaqla zərbə endirib. Qanlı hadisə Odoevski küçəsindəki mənzildə baş verib.
ABŞ-da "Santa-Klaus" şənlik iştirakçılarına atəş açıb: xəsarət alanlar var
12 saat işləyən yeniyetmə maniken podiumda komaya düşüb öldü
Çinin Şanxay şəhərində keçirilən moda həftəsində 12 saat podiumda qalan model yorğunluqdan dolayı komaya düşərək dünyasını dəyişib. Podiumda 12 saat qalan 14 yaşlı Vlada Zyuba yorğunluqdan komaya düşüb. İki gün reanimasiyada qalan yeniyetmə modeli edilən bütün müdaxilələrə baxmayaraq, xilas etmək mümkün olmayıb və hayatına vəda edib. 3 saat yerinə 12 saat işlədildi…
Atəşkəs rejimi uzadıldı - İraq hökuməti ilə kürdlər arasında
İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri (“peşmərgə”) hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər. Bu barədə bazar günü “Shafaq News” xəbər portalı məlumat yayıb.
Məmur oğurlandı
Pakistanda Əfqanıstanın Kunar əyalətinin qubernator müavini oğurlanıb. Bu barədə DAWN nəşri Pakistan polisinə istinadən məlumat yayıb. Hadisə cümə günü Peşavar şəhərində baş verib, ancaq KİV bu barədə bu gün məlumat əldə edib. Peşavara müalicə məqsədi ilə gələn Kunar əyalətinin qubernatorunun müavini Qazi Məhəmməd Nəbi Əhmədini naməlum istiqamətə aparıblar. Hələ ki, heç bir qruplaşma qubernator müavininin oğurlanmasına görə məsuliyyəti öz üzərinə götürməyib.
İstanbul teraktın qarşısı alınıb, 4 nəfər saxlanılıb
İstanbul polis Departamenti Bayrampaşada ələ keçirilən terrorçu haqda yazılı bəyanat verib. Türkiyə mətbuatının verdiyi məlumata görə, ticarət mərkəzinin dayanacağında partlayıcı ilə yüklənmiş avtomobil və minalanmış motosiklet saxlanılıb.
Silah arsenalı tapıldı - Sumqayıtda
Sumqayıtda çoxlu sayda hərbi sürsat tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Publika.az-a verilən məlumata görə, 28 Oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub. Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.
Taliban əfqan polis dəstəsini yox etdi
Taliban hərəkatı ilə toqquşma zamanı 13 Əfqanıstan polisi həlak olub. Bu barədə informasiyanı "Pajvak" agentliyi yayıb. Agentlik toqquşmanın Qunduz vilayətində baş verdiyini bildirib.
Arvad qonağa qoşulub qaçdı
Türkiyədə ayaqqabı təmiri ilə məşğul olan 45 yaşlı Ali Osmanın xeyirxahlıq etmək istəyi başına bəla olub. Ali Osman yaxın dostuna yaxşılıq etmək üçün bir neçə günlük evində qalmağa icazə verib. O, iki gün sonra işdən evə qayıtdıqda arvad, uşaq və qonağın evdə olmadığını görüb.
Sualtı qayıqda qalmaqal: Əsgərlər narkotik üstündə, komandir isə qadınla yaxalandı
İngilis donanmasının sualtı qayığı üçün başladılan istintaqda 9 əskər seks və narkotik qalmaqalından dolayı xidməti vəzifəsindən uzaqlaşdırılıb. “Daily Mail” qəzetinin yayımladığı xəbərdə istintaq zamanı narkotik testinə məruz qalan 9 əsgərin nəticələri müsbət çıxıb. Donanma komandiri, qanında kokain təsbit edilən əsgərlər xidməti vəzifələrindən uzaqlaşdırılıblar. Xəbərə görə, sualtı qayıqda təşkil edilən şənlikdə əsgərlərin narkotik maddədən istifadə etdiyi və aralarından bir əsgərin də həyat qadını ilə cinsi əlaqədə olduğu deyilir.
14 gündür komada olan millət vəkilindən xəbər var - Xanımının əlini sıxdı
14 gündür komada olan Deniz Baykal ilk dəfə xanımı Olcay Baykalın əlini sıxaraq reaksiya verib. İki həftədir reanimasiyada olan və vəziyyəti yaxşılığa doğru gedən CHP-nin sabiq lideri Deniz Baykalın səhhəti yaxşılaşmağa doğru gedir. Hətta xanımı Olcay Baykalın ilk dəfə əlini sıxdığı açıqlanıb.










.jpg)



