Sualtı qayıqda qalmaqal: Əsgərlər narkotik üstündə, komandir isə qadınla yaxalandı

İngilis donanmasının sualtı qayığı üçün başladılan istintaqda 9 əskər seks və narkotik qalmaqalından dolayı xidməti vəzifəsindən uzaqlaşdırılıb.  “Daily Mail” qəzetinin yayımladığı xəbərdə istintaq zamanı narkotik testinə məruz qalan 9 əsgərin nəticələri müsbət çıxıb. Donanma komandiri, qanında kokain təsbit edilən əsgərlər xidməti vəzifələrindən uzaqlaşdırılıblar. Xəbərə görə, sualtı qayıqda təşkil edilən şənlikdə əsgərlərin narkotik maddədən istifadə etdiyi və aralarından bir əsgərin də həyat qadını ilə cinsi əlaqədə olduğu deyilir.

İngilis donanmasının sualtı qayığı üçün başladılan istintaqda 9 əskər seks və narkotik qalmaqalından dolayı xidməti vəzifəsindən uzaqlaşdırılıb.

"Daily Mail" qəzetinin yayımladığı xəbərdə istintaq zamanı narkotik testinə məruz qalan 9 əsgərin nəticələri müsbət çıxıb. Donanma komandiri, qanında kokain təsbit edilən əsgərlər xidməti vəzifələrindən uzaqlaşdırılıblar.

Xəbərə görə, sualtı qayıqda təşkil edilən şənlikdə əsgərlərin narkotik maddədən istifadə etdiyi və aralarından bir əsgərin də həyat qadını ilə cinsi əlaqədə olduğu deyilir.

HMS Vigilant adlı nüvə sualtı qayığında kapitan Stuart Armstronq komandasında xidmət göstərən zabit qadınla yaşadığı yaxınlıq münasibətlərinə görə vəzifəsindən uzaqlaşdırılıb.

Armstronqun 2011-ci ildə Kral Dəniz Donanmasının Liviya sahillərindəki əməliyyatda iştirak etdiyi və 2016-cı ildən HMS Vigilant sualtı qayığında kapitan olaraq təyinatlandırıldığı bildirilir.

Qeyd edək ki, İngiltərədə qadın əsgərlərə ilk dəfə 2011-ci ildə sualtı qayıqlarda xidmət göstərmək haqqı verilib. A24.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31