Dünya
İşğala son qoymaq üçün PLAN - General açıqladı
“Donbas müharibəsində qələbəni yalnız bir neçə amilin məcmusu təmin edə bilər. Bunlar hərbi, siyasi, sosial və iqtisadi amillərdir”. Bunu general-leytenant, 2006-2010-cu illərdə Ukrayna Silahlı Qüvvələri Baş qərargahının rəis müavini işləmiş İqor Romanenko “Apostrof” nəşrinə deyib. “Bunlardan biri çətin ki, müharibəni başa çatdıra bilər. Donbas yalnız hərbi deyil, həm də siyasi, sosial və iqtisadi məsələdir”, - o vurğulayıb. Daha əvvəl “Yük-200: Ukraynadan Rusiyaya” layihəsinin müəllifi, Rusiya hüquq müdafiəçisi və müxalifətçi Yelena Vasilyeva Rusiyanın Donbasda real itkilərini 40 min qiymətləndirib.
40 konsert verib 1 milyon qazandı
17 yaşlı müğənni Aleyna Tilki may ayından bəri verdiyi konsertlərdən 1 milyon lirə (təxminən 500 min manat) qazanıb. 16 yaşında "Cevapsız çınlama" mahnısı ilə məşhurlaşan ifaçı 40 konsert verib. Konsertbaşına isə 25 min lirə (təxminən 12 min 500 manat) qonorar alıb.
ABŞ-da Rusiyanın prezident seçkilərinə müdaxiləsi ilə bağlı ilk ittihamları gözləyirlər
Deniz Seki ikinci dəfə nişanlısından ayrıldı
2 il yarımlıq həbs həyatından sonra azadlığa çıxan müğənni Deniz Seki nişanlısı Faruk Salmandan ikinci dəfə ayrılıb. Daha əvvəl də sevgilisi ilə ayrılan ifaçı bu dəfə daha qəti danışıb: "Həm beynimdə, həm də ürəyimdə hər şeyi bitirdim. Bu münasibətdə ən çox səbr edən və zəhmət verən mən oldum. Təəssüf ki, bu qədər əməyim əbəsmiş. Bu səbəbdən ayrılmaq qərarına gəldim. Umreyə gedir, bütün zəhmətim halalı olsun. Allah yolunu da, bəxtini də açıq etsin".
Məhbuslara internetdən istifadəyə icazə verildi - QƏRAR
Hollandiyada "Leeuwarden" və "Essenheem" həbsxanalarında məhbusları cəmiyyətə yenidən qazandırmaq məqsədilə maraqlı layihə həyata keçirilib. Layihə "Atalar həbsxanası" adlanır. Layihə çərçivəsindən sözügedən iki həbsxanada övladı olan kişi məhbuslara "Skype" proqramı vasitəsilə ailələri ilə əlaqə yaratmalarına rəsmən icazə verilib.
İlk 30 dəqiqədə 10 milyon insan öləcək - Baş strateqdən DƏHŞƏTLİ XƏBƏRDARLIQ
ABŞ prezidenti Donald Trampın keçmiş baş strateqi Stefan Bannon Türkiyə və Qətərlə bağlı xəbərdarlıq edib. Bannon Londonda çıxan “Şarku'l Avsat” qəzetinə verdiyi müsahibədə Türkiyənin İrandan daha təhlükəli olduğunu bildirib.
İbrahim Tatlısəs kimə küsdü?
6 ay öncə İstanbuldakı dostlarından küsüb, İzmirdə yaşamağa qərar verən İbrahim Tatlısəsin kimə küsdüyü məlum oldu. Olaylar bildirir ki, türk musiqisinin imperatoru verdiyi açıqlamasında Sibel Canı, Hülya Avşarı etibarlı, sadiq dostları sırasında qeyd edib. Məşhue müğənni Ebru Gündeşi hec vaxt bağışlamayacağını, hətta adını belə eşitmək istəmədiyini bildirib.
ABŞ Rusiyaya XƏBƏRDARLIQ etdi: “Qlobal ildırım” BAŞLANIR
ABŞ strateji nüvə güclərinin “Qlobal ildırım” (Global Thunder) təlimlərinə başlayır. Bu haqda ABŞ Strateji komandanlığının (STRATCOM) rəsmi nümayəndəsi Brayan Maquir bildirib. O əlavə edib ki, ikitərəfli razılaşmada tələb olunduğu üçün ABŞ təlimlərlə əlaqədar Rusiyaya xəbərdarlıq edib.
Astanada Suriya ilə bağlı 7-ci görüş keçirilir
Bu gün Qazaxıstanın paytaxtı Astanada Suriya probleminin həlli üçün nəzərdə tutulan ikitərəfli və çoxtərəfli görüşlər keçirilir. Artıq problemin həlli üçün nəzərdə tutulan görüşün 7-mərhələsi başlayır. Suriya münaqişəsinin nizamlanması istiqamətində iştirak edəcək ölkələrin nümayəndə heyətləri artıq Astanaya toplaşıblar.
Səudiyyə Ərəbistanında qadınlara daha bir hüquq verildi
Səudiyyə Ərəbistanında 2018-ci ildən qadınlara ölkənin stadionlarında idman tədbirlərində iştirak etmək hüququ veriləcək. Ökənin Baş idman idarəsi əsas stadionları ailələri qəbul etmək üçün 2018-ci ilə qədər hazırlayacaqlar.
Futbol azarkeşlərinə silahlı hücum - Ölən və yaralananlar var
Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində silahlı şəxslər futbol matçı zamanı azarkeşləri atəşə tutub. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisi sonradan ölüb. Daha bir yaralının vəziyyəti ağır qiymətləndirilir. Hadisənin mümkün səbəbləri və ehtimal edilən şübhəlilər barədə məlumat verilməyib.
Məşhur aktrisa PKK – nı təbliğ edir?
Məşhut türk aktrisası Hazl Ergüc saxlanılıb. Olaylar bildirir ki, aktrisanın saxlanılmasına səbəb PKK terror təşkilatından şübhəli bilinməsi olub. Belə ki, aktrisanın sosial şəbəkə hesabından yayımladığı qısa filmdə PKK terror təşkilatını təbliğ etdiyi bildirilir.
Həsən Ruhani təklifi rədd etdi
İran prezidenti Həsən Ruhani BMT-nin Baş Assambleyası çərçivəsində ABŞ prezidenti Donald Trampın görüşməklə bağlı təklifini rədd edib. Bunu iranlı analitik Mahdi Fazaeli bildirib.
Sabiq prezidentin qardaşı həbs olundu - Jurnalistin qətlində günahkardır
Burkina Faso respublikasının eks-prezidentinin qardaşı jurnalistin qətlinə görə Parisdə həbs olunub. Sabiq prezident Blez Kompaorenin qardaşı 63 yaşlı Fransua Kompaore Şarl de Qoll adına Hava Limanında saxlanılıb. Fransua Kompaore 1998-ci ildə qətlə yetirilmiş burkinalı jurnalist Norbert Zongonun ölümündə günahlandırılır.
İŞİD təhdid etdi - Kral ailəsini
İŞİD terror təşkilatı Britaniya şahzadəsi Uilyamın 4 yaşlı oğlu şahzadə Corcun küçədə çəkilmiş fotosunu paylaşaraq kral ailəsini təhdid edib. İŞİD üzvünə məxsus Teleqram messencerinə yerləşdirilən foto “Kral ailəsi belə yalnız buraxılmamalıdır” mesajı ilə paylaşılıb.














