Futbol azarkeşlərinə silahlı hücum - Ölən və yaralananlar var

Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində silahlı şəxslər futbol matçı zamanı azarkeşləri atəşə tutub. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisi sonradan ölüb. Daha bir yaralının vəziyyəti ağır qiymətləndirilir. Hadisənin mümkün səbəbləri və ehtimal edilən şübhəlilər barədə məlumat verilməyib.

Meksikanın Herrero ştatının Çilpansinqo şəhərində silahlı şəxslər futbol matçı zamanı azarkeşləri atəşə tutub. Hadisə zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisi sonradan ölüb. Daha bir yaralının vəziyyəti ağır qiymətləndirilir.

Hadisənin mümkün səbəbləri və ehtimal edilən şübhəlilər barədə məlumat verilməyib.

Hakimiyyət orqanlarının məlumatına görə, Herrero cari ildə Meksikanın ən təhlükəli regionu olaraq qalır. Bu ilin yanvarından sentyabrına qədər ştatda 1,72 min qəsdən adamöldürmə faktı qeydə alınıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31