Dünya
Kataloniya parlamenti fəaliyyətini dayandırdı
Kataloniya Muxtar Əyaləti parlamenti İspaniya hökuməti tərəfindən buraxıldığını qəbul edir və yeni növbədənkənar seçkilərədək fəaliyyətini dayandırır. Məlumatı Kataloniya parlamentinin mətbuat xidməti yayıb. Parlament buraxıldığından qanunverici orqanın Rəyasət Heyəti oktyabrın 31-ə təyin etdiyi iclası da təxirə salıb.
Bərzaninin istefasından sonra... "Kürd hərəkatına “haram” qatdı"
Şimali İraq Kürd Muxtariyyətinin lideri Məsud Bərzaninin istefa verməsi Ərbil və İraqda çalxalanmaya səbəb olub.
Peruda YADPLANETLİLƏRİN cəsədləri aşkar edildi
Perunun “Naska” mağarasında uzun başlı, üç barmaqlı bir neçə mumiyalanmış bədən tapılıb. Bu barədə “Metro” məlumat yayıb. Çoxları düşünürlər ki, bu, “gəlmələr”in qalıqlarlarıdır. Lakin skeptiklər başqa fikirdədir. Britaniyalı alim Edson Vivanko bildirib ki, "gəlmələr"in başları şübhəsiz orijinaldır, çünki onlarda insan kəllələrinin xüsusiyyətlərinə dair bütün əlamətlər var. Bu halda ekspert Vivanko istisna etmir ki, tapıntı Yerdən kənar mənşəyə də malik ola bilər.
5 terrorçu təslim oldu
Uşaq bağçası bağlandı - İnfeksiyaya görə
Rusiyanın İrkutsk vilayətində kəskin bağırsaq infeksiyasının yayılması ilə əlaqədar uşaq bağçası bağlanıb. Məlumata görə, Bratsk şəhərində 6 uşaq bu xəstəliyə yoluxub. Həmin uşaqlar xəstəxanaya yerləşdirilib. Onların həyatlarına təhlükə olmadığı bildirilir, müalicələri davam etdirilir.
Polis bölməsinə hücum – Həlak olanlar var
Taliban rejimi Əfqanıstanın Zabul əyalətinin Argandab rayonunda yerləşən polis bölməsinə hücum təşkil edib. Olaylar bildirir ki, hücum zamanı 6 polis əməkdaşı həlak olub, 3 polis ağır yaralanıb. Polis əməkdaşları və Taliban qüvvələri arasında baş verən silahlı insdent zamanı 8 sivil vətəndaşın həlak olduğu, 12 nəfərin yaralandığı qeyd edilir.
“Müstəqillik” arzularına ikili yanaşma
Qərb, Avropa nə qədər katalonları öz inadlarından geri döndərməyə, onları müstəqillik istək və arzusundan uzaq tutmağa çalışsa da, qarşı tərəf də bir o qədər öz qərarında israrlı olduğu görüntüsü yaradaraq mübarizənin müsbət sonluqla başa çatdırılmasına çalışır. Və elə bu səbəbdəndir ki, katalonların müstəqillik referendumundan sonra keçən müddət ərzində tərəflər arasında mövcud problemi aradan qaldırmaq hələ ki, mümkün olmur. Hər nə qədər katalonların atmış olduğu addım bir növ separatizmə cəhd kimi dəyərləndirilsə də, lakin burada təzadlı və qəribə görünən mənzərə ondan ibarətdir ki, bir müddət əvvəl Qərb və Avropa eyni yanaşmanı digər regionlarda meydana gələn bu kimi problemlər zamanı da sərgiləmirdi. Əksinə bəzən dolayısıyla, bəzən isə açıq şəkildə dəstək nümayiş etdirirdi.
Qız internetdə idman ayaqqabısı sifariş etdi, peşman oldu - FOTO
İnternet vasitəsilə alış-verişin belə tərəfləri də var - məhsulu yerindəcə seçib götürə bilmirsənsə, o zaman istənilən sürprizə hazır ol. Bu qız "alıexpress" onlayn-mağazasından belə bir idman ayaqqabısı sifariş edib.
Dönərçilərin fırıldağı: toyuq ətini mal əti adıyla satırlar
Türkiyədə ətin qiymətinin 50 lirəyə (25 manat) qalxması fırıldaqçıları hərəkətə gətirib. Türkiyənin onlarla restoran və kafelərində toyuq ətinin mal əti adıyla satıldığı məlum olub. Belə ki, bəzi kafe və restoranlarda dönərçilər toyuq ətini və ya soya qovurmasını lohusa şəkəri ilə mal əti kimi rəngləndirib, ət dönəri adı ilə baha qiymətə satırlar.
3 FETÖ – cü sərhəddə saxlanıldı
Türkiyənin Ədirnə vilayətində qeyri –qanuni yolla Yuananıstana keçmək istəyən şəxslər saxlanılıb. Olaylar bildirir ki, saxlanılan şəxslərin FETÖ terror təşkilatının üzvləri olduqları məlum olub. Dindirildikdən sonra həmin şəxslərin ByLock istifadəçisi olduğu məlum olub.
İtaliyada meşə yanğınları qocalar evinə çatdı - 180 qoca köçürüldü
İtaliyanın şimalındakı Pyemont vilayətində şiddətli meşə yanğınları davam edir. Məlumata görə, hazırda yanğınlar 3000 hektardan çox ərazini əhatə edib. Yanğın zonasının yaxınlığında yaşayan 450-yə yaxın sakin təxliyə olunub.
Hindistanda yol qəzası: 12 ölü, 30 yaralı
Hindistanın cənubundakı Karnataka ştatında baş vermiş qəza nəticəsində azı 12 nəfər həlak olub, 30 nəfər isə xəsarət alıb.
Bir həftədə 44 terrorçu zərərsizləşdirilib
Türkiyədə son bir həftə ərzində 44 terrorçu zərərsizləşdirilib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Peşmərgə kürd parlamentinə hücum etdi — Şimali İraqda gərgin anlar
İraqın şimalında yenidən silah səsləri eşidilib. Bərzaninin istefasını istəməyən peşmərgələr məclisə hücum ediblər. Parlament binasına soxulan peşmərgə avtomat silahlardan atəş açıb.
Astronomlar başqa günəş sistemindən gələn UNO gördülər
Astronomlar bizim Günəş sistemimizə daxil olan, çox sürətlə hərəkət edən, balaca obyekti izləməyə çalışırlar. Bu barədə CNN yazır. Naməlum obyektin kometa, asteroid yaxud kosmik gəmi olduğunu NASA - Kosmik agentlik hələlik müəyyən edə bilməyib. Fərziyyə var ki, o bizim günəş sistemimizdən deyil.














