Dünya

Uğursuzluğun simvolu olan qara pişiklərin sirri

31 Oktyabr 2017 09:15

Çox insan qarşısından qara pişik keçdi deyə, yolunu dəyişir və ya başına bir uğursuzluq gələcəyinə inanır. Bəs görəsən, qara pişiklərə niyə "uğursuz" damğası vurulur? Bu fikir eramızdan əvvəl üçüncü minillikdə antik Misirdə ortaya çıxıb.

Rusiya gəmisi batdı: 8 ölü

30 Oktyabr 2017 22:50

Qara dənizdə Rusiya bayrağı altında üzən “Geroy Arsenal” yük gəmisi batıb.  Gəmi Azov dənizindən Qara dənizə keçərək, İstanbula yük aparırmış. İlkin məlumata görə, 8 nəfər dünyasını dəyişib. Hazırda dənizdə sürəti 38 kv/m-ə çatan güclü külək əsir.

İraq Kürdüstanına Məsud Bərzaninin qardaşı oğlu rəhbərlik edəcək

30 Oktyabr 2017 22:38

İraqın şimalındakı Kürd Muxtar Əyalətinin başçısı vəzifəsini müvəqqəti olaraq muxtariyyətin baş naziri Neçrivan Barzani icra edəcək. "Haber7" xəbər verir ki, əyalətə yeni başçı seçilənədək qərarları muxtariyyətin parlamenti və ya Ədalət Şurası qəbul edəcək.

Rusiya kosmosda nüvə stansiyası yaradır

30 Oktyabr 2017 19:50

Rusiyanın Federal Kosmik Agentliyi "Roscosmos" üzərindəki nüvə stansiya sistemi vasitəsilə orbitdəki digər peykləri enerji ilə təmin edə biləcək yeni kosmik vasitə hazırlamağı planlaşdırır.

“Windows 10” sistemi üçün ən etibarlı antiviruslar açıqlanıb

30 Oktyabr 2017 19:40

Ekspertlər "Windows 10" əməliyyat sistemi üçün ən yaxşı antivirus proqramlarını açıqlayıblar.

Dünya mobil texnologiyalar bazarının həcmi 1,72 trilyon dollaradək artacaq

30 Oktyabr 2017 19:32

“IDC analitik şirkəti 2017-ci ildə dünyada mobil rabitə sahəsində avadanlıq, proqram təminatı və xidmətlərin satış həcminin 2016-cı illə müqayisədə 4,3 faiz artaraq 1,58 trilyon dollara çatacağını, yaxın illərdə isə artımın bir qədər zəifləyəcəyini və 2016-2021-ci illərdə bazarın illik artımının 2,7 faiz təşkil edəcəyini proqnozlaşdırır. 

Smartfonla işləyən kiçik ultrasəsli müayinə aparatı yaradılıb

30 Oktyabr 2017 19:26

Son vaxtlar tibdə istifadə olunmağa başlayan smartfonlar artıq dəri xərçəngi və beyin silkələnməsi kimi xəstəlikləri aşkarlaya bilir. Kiçik cib kompüterlərinin böyük gücü mühəndislərə onların köhnə iriölçülü analoqlarını əvəzləyən çoxlu daşınan texnoloji qurğular hazırlamağa imkan verir. Belə yeniliklərdən biri isə ağ-qara təsviri birbaşa smartfon ekranında göstərən kiçik “Butterfly iQ” ultrasəsli müayinə aparatıdır.

Yeni yük pilotsuz uçuş aparatı ilk uçuşunu edib

30 Oktyabr 2017 19:20

Çin Elmlər Akademiyasının əməkdaşları Yeni Zelandiyanın “P750XL” təyyarəsi əsasında “AT200” yük pilotsuz uçuş aparatının prototipini hazırlayıblar.

Ermənistanda uşaq bağçasına hücum - İşçilər və uşaqlar girov götürülüb

30 Oktyabr 2017 19:00

Ermənistanın Armavir şəhərində bıçaqla silahlanmış şəxs uşaq bağçasına hücum edib. Məlumata görə, həmin şəxs uşaq bağçasının işçilərini və uşaqları girov saxlayır.

Çoxfunksiyalı kart üzüklər satışa buraxıldı - 65 AZN

30 Oktyabr 2017 18:55

Rusiyada keramika üzlüklərlə hazırlanan çoxfunksiyalı üzük kartların ilk 500 tirajı artıq satışa buraxılıb.  Moskvanın metropoliten xidmətinin rəhbəri Roman Latıfov istifadəyə verilən plastik kartlardan və qolbağlardan danışıb.

Daha bir məşhur Mayamidə ev alanlar sırasına qoşulur

30 Oktyabr 2017 18:45

Müğənni Sərdar Ortaç da Mayamidə ev alan məşhurlar sırasına qoşulur.  İfaçı həyat yoldaşı Xloe Luqnanla birlikdə Mayaminin ən dəbdəbəli küçəsində özünə ev axtarır. Sərdar alacağı evi xanımının seçəcəyini deyib: "Həyat yoldaşım evi seçəcək, pulunu mən ödəyəcəyəm. Xloenin ev işindən başı çıxır". 

14 yaşında ölən model gününə 8 dollar qazanırmış

30 Oktyabr 2017 18:33

Xəbər verdiyimiz kimi, əslən rusiyalı olan 14 yaşlı model Vlada Dzyuba Çində dünyasını dəyişib. Fasiləsiz işləməkdən ölən modelin gündəlik qazandığı məbləğ açıqlanıb. Onun gününə 8 dollar qazandığı məlum olub.

Rusiya Suriya üçün yeni konstitusiya hazırlayır

30 Oktyabr 2017 17:20

Rusiya, Suriyanın İŞİD-dən sonrakı dövrü üçün yeni nizamnamə yaratmağa başlayıb.  Rusiya Soçidə Suriya mövzusunda maraqlı olan bütün ölkələrin iştirak edəcəyi iclas keçirtməyi planlaşdırır.

Serj Sarkisyan Moskvaya gedir

30 Oktyabr 2017 16:54

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Rusiyaya işgüzar səfər edəcək. Bunu Yerevanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib. Onun sözlərinə görə, S.Sarkisyan Moskvada “Ermənistan mədəniyyəti günləri”nin açılışında iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan parlamenti sədrinin, müdafiə nazirinin, deputatların və başqa rəsmilərin də Rusiyaya səfəri planlaşdırılıb.