Çoxfunksiyalı kart üzüklər satışa buraxıldı - 65 AZN

Rusiyada keramika üzlüklərlə hazırlanan çoxfunksiyalı üzük kartların ilk 500 tirajı artıq satışa buraxılıb.  Moskvanın metropoliten xidmətinin rəhbəri Roman Latıfov istifadəyə verilən plastik kartlardan və qolbağlardan danışıb.

Rusiyada keramika üzlüklərlə hazırlanan çoxfunksiyalı üzük kartların ilk 500 tirajı artıq satışa buraxılıb.  Moskvanın metropoliten xidmətinin rəhbəri Roman Latıfov istifadəyə verilən plastik kartlardan və qolbağlardan danışıb. O bildirib ki, yeni üzüklərdən metro ilə yanaşı, digər nəqliyyatlarda da istifadə olnacaq. Üstəlik, bu üzüklərin bilet və bank kartı kimi da işlədilməsi nəzərdə tutulub: "Müştərilər bu kartlara böyük maraq göstərirlər. Bu səbəbdən biz artıq sistemin üzük versiyasını da satışa çıxartdıq. Bu üzüklər insanların unutqanlığını azaldacaq. Artıq pul qabında müxtəlif növ plastik kartlar daşımağa ehtiyac qalmayacaq. Eyni zamanda bu həm də aksessuar məqsədilə də istifadə edilə bilər."

Üzükləri hələ ki, metronun "Puşkin" stansiyasından əldə etmək olar. Bir ədəd üzüyün qiyməti 2200 rubl (65 AZN) təşkil edir. Publika.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31