Dünya

Xüsusi prokuror düyməyə basdı: Trampın yaxın adamı Pol Manafort ev dustaqlığına məhkum olundu

31 Oktyabr 2017 13:09

Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manafort və onun tərəfdaşı Rik Geyts barəsində ev dustaqlığı qərarı verilib. Bu barədə “Bloomberg” xəbər verib. Manafort və Qeyts məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər.

Yaponiyada bir mənzildə 9 cəsəd tapıldı

31 Oktyabr 2017 12:41

Yaponiyanın paytaxtı Tokio şəhərində 27 yaşlı bir sakinin mənzilindən 9 nəfərin bədən qalıqları tapılıb. Cəsədlərlə bərabər iki kəsilmiş baş da aşkar edilib.Mənzildəki soyuducularda tapılan cəsədlərin səkkizi qadın, biri isə kişi cəsədi imiş.

Bərzaninin istefasının pərdəarxası məqamları

31 Oktyabr 2017 12:22

İraqda vəziyyət getdikcə daha da gərgin xarakter alır. İlk mərhələdə Qərbin və Birləşmiş Ştatların dəstəyini alaraq tələm-tələsik referendum keçirərək Şimali İraqın müstəqilliyini elan edən İraq Regional Kürd Muxtariyyətinin lideri Bərzani referendumdan sonra ona vəd olunan dəstəyi ala bilmədiyi üçün bu sevdasından hələlik vaz keçməli olub. Hər halda onun noyabrın 1-dən etibarən istefa verəcəyi barədə açıqlaması belə deməyə əsas verir. İstefasının səbəblərinə gəlincə, Bərzani Birləşmiş Ştatların xəyanəti səbəbindən belə bir addım atmaq məcburiyyətində qaldığını vurğulayıb.

Sarkisyan Putinin hüzuruna niyə gedir? – Qorxunc səfər, yaxud ÖLÜM HÖKMÜ

31 Oktyabr 2017 12:15

Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-16-da Rusiyaya işgüzar səfər edəcək. Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib ki, Sarkisyan həmin tarixdə Moskvada keçiriləcək erməni mədəniyyət günlərində iştirak edəcək. Lakin bu səfər zamanı Ermənistan prezidentinin Rusiya prezidenti Vladimir Putin tərəfindən qəbul edilib-edilməyəcəyi dəqiq deyil.

Əsəd ABŞ qarşısında geri çəkilir

31 Oktyabr 2017 12:13

Suriyanın şimalında “terror dəhlizi” yaratmağı planlaşdıran ABŞ Şimali İraqda Məsud Bərzani nümunəsinin yaşanmaması üçün Dəməşq ilə danışıqları sürəıtləndirib.  “Yeni Şəfəq” nəşrinə istinadən xəbər verir ki, BMT-nin hesabatlarına da daxil edilən kimyəvi hücumlar ABŞ tərəfindən şantaj vasitəsinə çevrilir.

Seçki qərargahının sabiq rəhbəri həbs edildi

31 Oktyabr 2017 12:11

ABŞ prezidenti Donald Trampın seçki qərargahının sabiq rəhbəri Pol Manaforda ev həbsi verilib. CNN telekanalının yayımladığı məlumata əsasən, sabiq rəhbər Ukrayna hakimiyyətinin maraqlarıni təsdiqləmək və lobbiçiliyə dəstəkdə günahlandırılır. Telekanal onu da əlavə edib ki, ABŞ-ın hökumət nümayəndələri məhkəmədən Manaforta 10 milyon dollar məbləğində cərimə kəsməsini tələb edib. 

Ermənistan ordusunun daha iki əsgəri xidmətdən qaçıb

31 Oktyabr 2017 11:31

İşğal olunmuş Ağdərə yaşayış məntəqəsində yerləşən hərbi hissədə xidmət edən Ermənistan ordusunun hərbi qulluqçuları Henrik Qazaryan və Atabek Mkrtçyan məruz qaldıqları təhqirlərə dözməyərək xidmət yerlərindən qaçıblar.

Hindistanda qan donduran hadisə

31 Oktyabr 2017 11:29

Hindistanda dəhşətli hadisə qeydə alınıb. Meerut şəhərində 100 yaşlı bir qadının evinə girən şəxs onu zorlayarkən tutulub. 35 yaşlı Ankit Punia adlı şəxs 100 yaşlı qadının evinə soxulub. Ankit təcavüz edəndə yaşlı qadının qohumları tərəfindən tutulub. Polislər Ankiti insanların əlindən güclə alıblar. Yerli sakinlər Puniaya ölüm cəzasının verilməsini tələb ediblər. 35 yaşlı təcavüzçü həbsxanaya salınıb.

Culian Assanc Rusiyadan siyasi sığınacaq istəməyib — SƏBƏB

31 Oktyabr 2017 11:26

"WikiLeaks" saytının banisi Culian Assanc Rusiyadan siyasi sığınacaq istəmək ehtimalını düşündüyünü açıqlayıb. Bununla belə, Assanc bu addımı atmayıb. Çünki onun fikrinə görə belə olduğu halda, Qərb mətbuatı bu vəziyyəti onun əleyhinə istifadə edə bilərdi.

Yadplanetlilər bizimlə niyə əlaqə yaratmır? - NASA-dan yeni TEOREM

31 Oktyabr 2017 11:22

NASA alimləri qalaktikadakı planetlərdə mövcud həyatın və mədəniyyətin öyrənilməsinə dair yeni bir teorem ortaya atıb. NASA əməkdaşı Alan Stern "American Astronomical Akademiyasının" təşkil etdiyi tədbirdə "New Horizons" adlı teoremi müzakirəyə qoyub. O, Yer sakinlərinin uzun illər yadplanetlilərlə əlaqə qurmasının məhz fərqli mədəniyyətlər səbəbindən mümkün olmadığına işarə edib.

Hadisə “O Səs Türkiyə”nin hansı FİNALÇISI İLƏ SEVGİLİ OLDU? – VİDEO/FOTOLAR

31 Oktyabr 2017 11:14

Hadisə keçən mövsüm "O Səs Türkiyə”də birinci olan Dodan Özerlə sevgilidir. Müğənni bu yaxınlarda verdiyi açıqlamada "Tək deyiləm. Həyatımda biri var" demişdi. İddialara görə, Hadisə “O Səs Türkiyə” birincisi Dodan Özerlə eşq yaşayır. Müğənninin dünən sosial şəbəkədə paylaşdığı foto şübhələri təsdiqləyib.

Hilari Klintonu məğlub edən GİZLİ MƏKTUBLAR

31 Oktyabr 2017 11:12

ABŞ-da prezident seçkilərində namizədliyini irəli sürən Hillari Klinton gözlənilmədən ortaya çıxan gizli məktublara görə seçicilərin güvənini itirmişdi. Məşhur “Wikileaks” portalının təsisçisi Culian Assanc H.Klintonun gizli məktublarının haradan əldə olunduğunu açıqlayıb.

Suriya ordusu Deyr-ez-Zor əyalətində İŞİD-i məhv edir - VİDEO

31 Oktyabr 2017 11:06

Suriya ordusu Al-Hamidi və Al-Orfi strateji məntəqələrində əminliklə irəliləyir. Hazırda terrorçularla döyüşlər Deyr-ez-Zor əyalətinin Hassarat adlı ərazisində gedir.

Universitet ərazisində ATIŞMA - ölən var

31 Oktyabr 2017 11:04

Naməlum şəxslər ABŞ-ın Solt-Leyk-Siti şəhərində Yuta Universitetinin şəhərciyi ərazisində atışıblar. Bu haqda şəhər polisinin bəyanatında deyilir. Məlumata görə, atışma nəticəsində bir nəfər həlak olub. Şübhəlilər saxlanılıb.

Dünyanın 6 məşhur tablosunda GİZLƏDİLMİŞ ŞİFRƏLƏR - VİDEO

31 Oktyabr 2017 10:58

Dünyada ən çox araşdırma aparılan sahələrdən biri də tarixi tablolarla bu günümüzə qədər gəlib çıxan gizli şifrələrdir. Mono Lizanın gözlərindəki şifrənin Leonardo da Vincinin şifrəsi olduğu iddia edilsə də, hələ də bunun nə olduğu müəyyən edilməyib.