Dünya

Erməni nazirin oğlu tutuldu

31 Oktyabr 2017 16:59

Ukraynanın Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakovun oğlu Aleksandr Milli korrupsiyaya qarşı Büronun nümayəndələri tərəfindən həyata keçirilmiş axtarışdan sonra saxlanılıb. Bu haqda Ukrayna nazirinin keçmiş məsləhətçisi İlya Kiva bildirib. “Aleksandrı saxladılar. Bildiyim qədər, axtarış heç bir nəticə verməyib, buna görə də telefonlar və planşetlər götürülüb. Bunu yüz faiz bilirəm, çünki bilavasitə əlaqədəyəm və ünsiyyət saxlayıram”, - Kiva “112 Ukrayna” telekanalının efirində deyib. O qeyd edib ki, axtarış artıq başa çatıb və Avakovun oğlu məhkəməyə göndərməlidir. “Nazirlə manipulyasiya etmək və onun qərarlarına təzyiq imkanlarına malik olmaq üçün oğlunu həbs etmək istəyirlər”, - sabiq məsləhətçi vurğulayıb.

İspaniya Kataloniyanın müstəqillik qətnaməsini ləğv etdi

31 Oktyabr 2017 16:49

İspaniyanın konstitusiya məhkəməsi Kataloniyanın müstəqilliklə bağlı qətnaməsini ləğv edib. Kataloniya hökumətinin rəhbəri vəzifəsindən azad olunan Karles Puçdemon 100-dən çox jurnalistin iştirakı ilə baş tutan və canlı yayımlanan mətbuat konfransında bildirib ki, yaradılan şəraitdə İspaniya hökuməti ilə hansısa nəticəyə gəlmək mümkünsüz idi: “Kataloniya hökuməti Madridlə dialoq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışdı, lakin bunun mümkün olmadığını gördükdə müstəqilliyini elan etməyə məcbur oldu”.

Rusiya "Türk axını" qaz kəmərinin Aİ ölkələrinədək uzadılmasının şərtini açıqlayıb

31 Oktyabr 2017 16:35

"Rusiya "Türk axını" qaz kəmərinin digər Avropa ölkələrinədək uzadılmasına hazırdır. Ancaq bu, Brüsselin möhkəm hüquqi zəmanət verməsindən sonra baş verə bilər". Məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Avropa Biznes Assosiasiyasının üzvləri ilə keçirilən görüşdə bildirib. 

Almaniyada terror aktı törətməyə hazırlaşan suriyalı tutuldu

31 Oktyabr 2017 16:29

Almaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub. Məlumatı Almaniya Baş Prokurorluğu yayıb. Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub. “Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”, - məlumatda vurğulanıb.

ABŞ səfirliyində partlayış

31 Oktyabr 2017 16:21

Əfqanıstanın paytaxtı Kabildə, ABŞ səfirliyi binasının yanında dəhşətli partlayış baş verib.

Putindən sələfinə sərt sözlər: “Bu dövlət terroru idi”

31 Oktyabr 2017 16:20

Rusiyanın paytaxtı Moskvada SSRİ dövründə siyasi təzyiqlərə məruz qalan qurbanların xatirəsinə “Kədər divarı” adlı abidə ucaldılıb. Abidə SSRİ diktatoru İosif Stalinin dövründə “KULAK” sistemi ilə fəaliyyət göstərən əsir düşərgələrinin parçalarından düzəldilib. Xatirə abidəsinin açılışını Rusiya Prezidenti Vladimir Putin edib. Prezident çıxışı zamanı 1930-cu illərdə baş verən siyasi hadisələrin və təzyiqlərin heç bir şəkildə haqlı çıxarılmayacağını bildirib.

Zəvvarları daşıyan avtobus qəzaya uğradı: 4 ölü, 14 yaralı var

31 Oktyabr 2017 15:08

İraqın Babil mühafəzasındakı Hillə şəhərində zəvvarları daşıyan avtobus qəzaya uğrayıb. Hadisə nəticəsində 4 iranlı zəvvar ölüb, 14 nəfər yaralanıb.

Qorbaçovu dindirmiş müstəntiq işdən çıxarıldı

31 Oktyabr 2017 15:06

Rusiya İstintaq Komitəsinin rəhbərliyinin qərarı ilə ölkənin ən təcrübəli müstəntiqlərindən biri - əfsanəvi general İskantsev işdən çıxarılıb. Qərar üçün formal səbəb İskantsevin müqaviləsinin müddətinin bitməsi və təqaüd yaşının yaxınlaşmasıdır. Lakin mənbə iddia edir ki, əsas səbəb generalın mübahisə etməyi xoşlaması və rəhbərliklə "yola getməməsi"dir.

Uran yataqları fəaliyyət göstərəcək

31 Oktyabr 2017 14:00

Səudiyyə Ərəbistanı Krallığı ölkə ərazisindəki uran yataqlarını işə salmağa hazırlaşır. Krallığın nüvə proqramının rəhbəri Həşim Yəmani açıqlamasında  uran emalı proqramına start veriləcəyini bildirib.Yəmani məqsədlərinin uran yataqlarını enerji sahəsində istifadə etmək olduğunu bəyan edib. Açıqlamada Krallığın artıq Beynəlxalq Atom Enerjisi Təşkilatı ilə danışıqlar apardığı və növbəti il iki nüvə reaktorunun inşasına başlanacağı qeyd olunur.Xəbəri Olaylar.az - ın Türkiyə bürosu yayıb.

Rusiya XİN Qazaxıstanın latın əlifbasına keçidinə münasibət bildirib

31 Oktyabr 2017 13:34

"Moskva Astananın kiril əlifbasından latın əlifbasına keçməsi qərarına sakit yanaşır". Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Rossiya 24" kanalının efirində deyib. "Hesab edirəm ki, hansı əlifbadan hansı səviyyədə istifadə olunacağı Qazaxıstanın daxili işidir", - deyə Q.Karasin vurğulayıb.

Suyun altında jurnalistə təcavüz edib, cəsədini parçalara ayırdı

31 Oktyabr 2017 13:32

İsveçrəli jurnalist Kim Vull xəbər yazmaq üçün danimarkalı ixtiraçı Peter Madsenin sualtı gəmisinə gedib. Bu hadisədən sonra jurnalist qəflətən yoxa çıxıb. Polis Peter Madseni şübhəli şəxs qismində həbs edib. İxtiraçı polisə ifadəsində jurnalistin suyun altında ikən karbonmonoksiddən zəhərləndiyini deyib. O, cəsədi gizlətmək üçün onu parçalara ayırıb və Kopenhagen yaxınlığında suya atıb.

Rusiya Gürcüstanla viza rejimini ləğv edə bilər, amma...

31 Oktyabr 2017 13:25

Rusiya Gürcüstanla gələcəkdə qarşılıqlı əsasda vizasız rejimə keçməyi istisna etmir. Məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "İzvestiya" qəzetinə açıqlamasında deyib. "Gələcəkdə qarşılıqlı əsasda vizasız rejimin tətbiq oluna biləcəyini istisna etmirik.

Ukraynada Putinə sui-qəsd hazırlayan çeçen komandirin arvadı öldürüldü

31 Oktyabr 2017 13:23

Kiyev yaxınlığında naməlum şəxslər Rusiya prezidenti Vladimir Putinə sui-qəsd hazırlayan Adam Osmayevin avtomobilinə atəş açıblar. Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Anton Qeraşenko öz Facebook səhifəsində yazıb. İnsident nəticəsində Osmayevin həyat yoldaşı Amina Okuyeva ölüb. Qeraşenko qeyd edib ki, nəqliyyat vasitəsi Kiyev vilayətinin Qlevaxa qəsəbəsində dəmir yolu keçidi yaxınlığında gülləbaran edilib. Osmayev özü hadisə zamanı yüngül xəsarətlər alıb.

Kataloniyanı etiraz dalğası bürüdü: Qaçaq prezidentlərini müdafiə edirlər

31 Oktyabr 2017 13:21

İspaniyada minlərlə etirazçı küçələrə axışıb. Etirazçılar prezident Çarlz Puiqdemontun ölkədən qaçmasına baxmayaraq, Kataloniyanı müdafiə edəcəklərini bildiriblər. Onlar Kataloniya prezidentinin məmləkəti Girona şəhərindəki əsas hökumət binası ətrafında insan zənciri meydana gətirib. Aktivistlər Madridin bölgəni idarə etmək niyyətini qətiyyətlə rədd edib və öz manifestlərini oxuyublar. Həmçinin prezidentlərinə tətbiq edilən repressiyanı qınayıblar. Onlar müstəqillik referendumundan sonra həbs edilən 3 Kataloniya müxalifət liderlərinin azadlığa buraxılmasını da tələb ediblər.