Almaniyada terror aktı törətməyə hazırlaşan suriyalı tutuldu
Almaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub. Məlumatı Almaniya Baş Prokurorluğu yayıb. Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub. “Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur”, - məlumatda vurğulanıb.
31 Oktyabr 2017 16:29 DünyaAlmaniyanın Meklenburq Federal Torpağının Şverin şəhərində terror aktı törətməyə hazırlaşmaqda şübhəli bilinən 19 yaşlı Suriya vətəndaşı tutulub. Məlumatı Almaniya Baş Prokurorluğu yayıb. Baş Prokurorluqdan bildirilib ki, həmin şəxsin yaşadığı mənzildə axtarış aparılıb. İlkin araşdırmalar nəticəsində suriyalının cari ilin iyulundan terror aktı törətməyə hazırılaşdığı məlum olub. "Onun hər hansı terror təşkilatına cəlb edildiyi ilə bağlı dəlil-sübut yoxdur", - məlumatda vurğulanıb.
Qeyd edək ki, Almaniyanın əks-kəşfiyyatının məlumatına görə, ölkədə 1,8 minə yaxın potensial islamyönlü terrorçu var. 2017-ci ilin əvvəlindən terror fəaliyyəti ilə bağlı 900-ə yaxın cinayət işi açılıb. Report.az