Dünya
Yeni simsiz rabitə texnologiyası hazırlanıb texnologiyası hazırlanıb
Almaniya alimləri optik-lif birləşmələrində kabellərdən istifadəyə görə sürətin məhdudlaşdırılması ilə bağlı yaranan əsas problemin həllini taparaq yeni simsiz rabitə metodu hazırlayıblar.
HTC U11” smartfonunun iki yeni versiyası təqdim olunacaq
“HTC” şirkəti noyabrın 2-də qabaqcıl “HTC U11” smartfonunun iki yeni versiyasının nümayişini planlaşdırır. Birinci versiya - “U11 Plus” 6 düym (orijinal modeldə 5,5 düym təşkil edir) diaqonallı ekranla təchiz ediləcək. Şirkət mühəndislərinin böyük ölçüyə malik ekranı eyni korpusa yerləşdirməsi nəticəsində “U11 Plus” modelinin çərçivələri daha da nazik olacaq. Bununla yanaşı, barmaq izi skaneri arxa panelə keçirilib.
Şəffaf günəş panelləri karbohidrogen yanacağından istifadəni aradan qaldıracaq
Miçiqan Universitetinin mühəndisləri görünməyən şüanı (ultrabənövşəyi və infraqırmızı) udaraq onu elektrik enerjisinə çevirən yeni nəsil şəffaf günəş batareyaları yaradıblar. Nəzəri baxımdan texnologiya istənilən şəffaf səthli obyekti, o cümlədən yaşayış evlərinin pəncərələrini və smartfon ekranlarını günəş fotoelektrik elementinə çevirməyə imkan verir.
Masaüstü fərdi kompüterlər üçün ilk “Optane” toplayıcıları buraxılıb
"Intel" şirkəti masaüstü fərdi kompüterlər və iş stansiyaları üçün nəzərdə tutulan ilk bərk cisimli "Optane" toplayıcılarını təqdim edib. Prosessor istehsalı ilə məşğul olan nəhəng şirkətin çeşidinə "Optane SSD 900P" istehsal xətti əlavə olunub.
"Məni evində zorladı" - Aktrisadan ŞOK AÇIQLAMA
65 yaşlı rejissor Harvey Vaynşteynin qurbanları siyahısına daha biri əlavə olunub. "The Sopranos" filmindəki obrazı ilə tanınan ABŞ-lı aktrisaAnnabella Skiorra "New Yorker" jurnalına etdiyi açıqlamada Harvey Vaynşteynin 1990-cı illərin əvvəllərində ona şəxsi evində təcavüz etdiyini deyib.
Seda Sayan xəstəxanalıq oldu
55 yaşında olan müğənni Seda Sayan idman edərkən qolu zədələnib və xəstəxanaya yerləşdirilib.
Pakistanda dəhşətli hadisə — Ərinə hirslənən qadın 13 nəfəri öldürdü
Pakistanda dəhşətli hadisə qeydə alınıb. Ərinə hirslənən qadın onun üçün hazırladığı zəhərli südlə 13 nəfəri öldürüb. Pakistan polisinin nümayəndəsi Oveys Əhməd məsələ ilə bağlı açıqlama verib. Sentyabr ayında ailəh həyatı quran Asiya Bibi qətl cinayətinə görə həbs edilib. Cinayətdə əli olan Bibinin sevgilisi və sevgilisinin xalası da saxlanılıb.
Süni intellekt potensial intihar edən şəxsləri müəyyənləşdirəcək
Alimlər süni intellekt vasitəsilə beyinin vizuallaşdırılması və məlumatların emalının çoxlu intihar hadisələrinin qarşısını almağa imkan verəcəyini düşünürlər.
Hollivudun məşhur serialının çəkimləri dayandı - Təcavüz iddiası
ABŞ-ın serial və film şirkəti "Netflix"in ən uğurlu layihərindən biri olan "House of Cards"ın çəkimlərini dayandırılır. 6 ildir çəkilən teleserialın dayandırılmasına səbəb isə amerikalı siyasətçi, demokrat Frenk Andervud obrazını canlandıran 58 yaşlı Hollivud ulduzu Kevin Speysi haqqında irəli sürülən təcavüz ittihamları ilə bağlıdır.
Ukraynada nazir oğlu evində axtarışdan sonra saxlanıldı
Ukraynanın Milli Antikorrupsiya Bürosu ölkənin daxili işlər naziri Arsen Avakovun oğlunun evində axtarış aparıb. Axtarışdan sonra nazirin oğlu Aleksandr Avakov saxlanılıb. Axtarış 2014-cü ilin sonu 2015-in əvvəllərində DİN üçün bel çantalarıın alınması zamanı dövlət vəsaitlərinin mənimsənilməsi faktı ilə bağlı açılan cinayət işi çərçivəsində həyata keçirilib.
İndoneziya "silkələndi"
İndoneziyanın Ambon adası yaxınlığında zəlzələ baş verib. Avropa Aralıq dənizi seysmoloji mərkəzi zəlzələnin 5,7 bal gücündə olması barədə qeyd edib. Məlumata görə, zəlzələnin mərkəzi Ambon adasından 44 kilometr qərbdə olub. Zəlzələ 21 kilometr dərinlikdə qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə hələ məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
Türkiyənin baş naziri ABŞ-a səfər edəcək
Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-a səfər edəcək. Səfər 7-11 noyabr tarixlərində həyata keçiriləcək.
Nüvə poliqonu çöküb - 200 ölü - ŞOK İDDİA
Koreya Xalq Demokratik Respublikasında (KXDR) nüvə poliqonunda tunelin dağılması zamanı ən azı 200 işçi həlak olub. Bu haqda “Asahi TV”yə istinadən “Yonxap” agentliyi bildirib. Məlumata görə, təxminən 100 nəfər tuneldə dağ süxurlarının uçqunu zamanı həlak olub. Daha 100 nəfər isə onların xilas cəhdi zamanı ikinci uçqunun baş verməsi nəticəsində həyatını itirib. Hadisənin başqa detalları açıqlanmır.
Rusiyada yenidən Afrika taunu virusu aşkar edildi
Rusiyanın Nijni Novqorod vilayətində çöl donuzlarında Afrika taunu virusu aşkar edilib. Məlumata görə, bu virus vəhşi təbiətdə ovlanmış heyvanlarda tapılıb. Hazırda virusun yayılmasının qarşısını almaq üçün tədbirlər həyata keçirilir.
Saakaşvili Poroşenkonu məhkəməyə verdi
Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili ölkə vətəndaşlığından məhrum edilməsi ilə əlaqədar Ukrayna Ali İnzibati Məhkəməsi qarşısında iddia qaldırıb.














