Dünya

İraq hökumətindən ŞOK ADDIM – Peşmərgəyə maaş veriləcək

1 Noyabr 2017 11:53

İraqın baş naziri Heydər əl-İbadi peşmərgə və İraq Kürd Muxtariyyətindəki bütün məmurların maaşlarını ödəyəcəyini açıqlayıb. Baş nazir bu barədə Bağdadın hökumət sarayında təşkil etdiyi mətbuat konfransında məlumat verib. O, həmçinin, Bağdad hökumətinə aid qüvvələrin bütün mübahisəli ərazilərdə nəzarəti ələ keçirdiyini bildirib.

Məşhur aktyora daha bir ittiham

1 Noyabr 2017 11:50

Tanınmış amerikalı aktyor, "Oskar" mükafatı laueratı, Hollivud ulduzu Kevin Speysiyə seksual təcavüz və eksqibisiozmlə bağlı yeni ittihamlar irəli sürülüb.

ABŞ-a gedən qaçqınların qəbulu proqramı daha da sərtləşdirilir

1 Noyabr 2017 11:39

ABŞ prezidenti Donald Tramp özünün tvitter hesabından Daxili Təhlükəsizlik Nazirliyinə təlimat verib. Prezident qaçqınların ABŞ-a qəbulu proqramını daha da çətinləşdirib.

Sarkisyan Rusiyadan aldığı 100 milyonluq silahdan danışdı

1 Noyabr 2017 11:36

Moskva yaxın vaxtlarda İrəvanla qüvvədə olan müqavilə çərçivəsində silah partiyasını Ermənistana çatdıracaq. Bu haqda Ermənistan prezidenti Serj Sarkisyan “RİA-Novosti” agentliyinə bildirib. Onun sözlərinə görə, 100 milyon dollarlıq yeni kredit razılaşmasının reallaşdırılması bütün dövlətlərarası uyğunlaşdırmaların tamamlanmasından sonra başlanacaq. “Bu ilin sonuna kimi əvvəlki müqaviləni reallaşdıracağıq. Bu günlərdə yeni çatdırmaları gözləyirik”, - Sarkisyan deyib.

Türkiyədə siqaret satışına qadağalar artır

1 Noyabr 2017 11:26

Türkiyə tütün məmulatlarının satışına qadağaları artırır. Bunu Baş nazirin müavini Rəcəb Akdağ deyib. O bildirib ki, hazırda Türkiyədə tütün məmulatlarının ticarətinə qadağanı genişləndirməyi nəzərdə tutan qanun layihəsi hazırlanır.

İnternetdə tanış olduğu 8 qadını doğradı, parçalarını soyuducuda saxladı - VİDEO

1 Noyabr 2017 11:23

27 yaşlı kişi sosial şəbəkədə tanış olduğu 9 nəfəri doğrayaraq öldürüb. Dəhşətli cinayət Yaponiyanın paytaxtı Tokioda baş verib. 27 yaşlı Takahiro Şiraişi adlı şəxs Twitter-də əlaqə yaratdığı 9 nəfəri doğrayıb. O, parçalanmış cəsədləri soyuducularda saxladığını etiraf edib. Onun 9 qurbanından 8-i qadın olub.

Nyu-Yorkda terrorunun qurbanlarının əksəriyyəti xarici ölkə vətəndaşlarıdır

1 Noyabr 2017 11:18

Nyu-Yorkda törədilmiş terror aktı nəticəsində həlak olan 8 nəfərdən 6-ı əcnəbi - Argentina və Belçika vətəndaşları olub.  Terror hücumu zamanı bu ölkənin 5 vətəndaşı həlak olub, daha 11 vətəndaşı isə yaralanıb.

10 gün sonra evlənəcək Özcanın sevgilisindən oğlu olacaq

1 Noyabr 2017 11:01

Məşhur türk aktyor və müğənni Özcan Deniz ilə ondan 20 yaş kiçik sevgilisi Feyza Aktanın övladının cinsiyyəti bəlli olub. Noyabr ayının 10-da Parisdə nikah masasına oturacaq ikilinin oğulları olacaq.

"Lenin o vaxt dəfn olunacaq ki..." - Matviyenko

1 Noyabr 2017 10:59

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq. Bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Rusiya Ermənistana pulsuz qrad əleyhinə raket sistemi verdi

1 Noyabr 2017 10:58

Rusiya Ermənistana "Antiqrad" qrad əleyhinə raket sistemi verib. Məlumatı Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti yayıb. Nazirlikdən bildirilib ki, iki sistem pulla alınıb, üçüncüsünü isə Rusiya şirkəti ermənilərə pulsuz verib: "Bu stansiya radiolokasiya sistemi siqnalı ilə işləyəcək".

Məryəm misirli sevgilisinə ərə gedir

31 Oktyabr 2017 20:03

Almaniyalı aktrisa Məryəm Uzerli misirli sevgilisi Bassel Alzaroya ərə gedir. Aktrisa sevgilisini Dubayda ailəsi ilə tanış edəcək. Basseli bacısı Canan Uzerli ilə tanış edən Məryəm toy planları qurur.

“Nokia 2” smartfonu rəsmən təqdim edilib

31 Oktyabr 2017 19:31

“HMD Global” şirkəti yeni “Nokia 2” smartfon modelini təqdim edib.  Smartfon “HD” (720 x 1280 piksel) təsvir ölçülü 5 düym diaqonallı ekran, 5 meqapikselli ön və 8 meqapikselli əsas kamera ilə təchiz edilib. Qurğunun aparat əsasını dördnüvəli “Qualcomm Snapdragon 212” prosessoru, 1 giqabaytlıq operativ və “microSD” formatlı yaddaş kartları ilə 128 giqabayt tutumadək genişləndirmə imkanına malik 8 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Akkumulyator tutumu 4100 milliamper/saata bərabərdir.