Dünya
ABŞ-dan Rusiya və Çinə qarşı NƏHƏNG TƏXRİBAT
ABŞ Rusiya və Çinin məhv edilməsi üçün nəhəng təxribat hazırlayır. Bu haqda “AgoraVox” telekanalın jurnalisti Tom Aldren yazıb. “ABŞ öz hegemonluğunu saxlamaq üçün qorxunc müharibədə əvvəlcə Rusiyanı, daha sonra Çini məhv etmək istəyir”, - o yazıb. Aldren əmindir ki, müdafiə olunan qurban kimi görünmək ehtiyacı Vaşinqtonun müharibəni başlamasına mane olur.
Sakit okeanda qədim şəhər aşkarlandı - FOTO/VİDEO
Alimlər Sakit okeanın ortasında qədim şəhəri aşkar ediblər. Mikroneziyanın sahilində yerləşən qeyri-adi və sirli yer haqqında “Independent” məlumat yayıb. Nan-Madol adı verilən şəhər Ponpei adasındadır. Şəhər su kanalları ilə bölünən həndəsi düzgün kvadratlardan ibarətdir. Mütəxəssislərin fikrincə, şəhər bizim eramızın birinci və ya ikinci yüzilliyində salınıb.
Daxili İşlər nazirinin oğlu həbs edildi-ŞOK VİDEO
Bir gündə 3 həkim intihar etdi - Yorğunluqdan
Türkiyədə bir gündə 3 intihar hadisəsi baş verib. İntihar edənlərin 3-ü də həkimlik ixtisası üzrə təhsil alıb. Onlardan ikisi həkim, biri isə tibb universitetinin tələbəsidir. Ötən gün baş verən bu olay sosial şəbəkədə Türkiyənin ən çox müzakirə edilən məsələsi olub. İstifadəçilər öz rəylərində çox işləməyin intihara sürüklədiyini qeyd ediblər.
9 ölkəyə vəba yayıla bilər - VİDEO
Madaqaskarda vəba epidemiyası tüğyan edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son hesabatına görə, bu ada ölkədə artıq 1300 nəfər vəbaya yoluxub, 94 nəfər xəstəlikdən ölüb. ÜST Madaqaskara 5 min nəfərin müalicəsi üçün antibiotiklər, 150 min dəst fərdi müdafiə vasitəsi yollayıb.
Tunisdə polisə hücum - İki yaralı
Tunisin paytaxtı Tunis şəhərində bıçaqla silahlanmış şəxs polislərə hücum edib. Məlumata görə, hadisə nəticəsində iki polis əməkdaşı yaralanıb. Hücum edən şəxs bir polis məmurunu boynundan, digərini alnından yaralayıb. Qısa müddət sonra o, saxlanılıb. Yaralı polislər xəstəxanaya yerləşdirilib.
Murat Bozun şikayət ərizəsinə baxılmadı
Türk müğənni Murat Bozun Gümüşlükdəki villasında tətili zamanı səsinin lentə alınması ilə bağlı məhkəməyə yazdığı şikayət ərizəsinə baxılmayıb.Məhkəmə iddianın araşdırılmasının dayandırılmasına qərar verib. Məhkəmədən verilən cavabda "Məşhurlar müəyyən ölçüdə haqlarında yayılan dedi-qodulara dözmək məcburiyyətindədirlər" deyilib.
Ermənistanda həbsxanada qiyam qalxdı
Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar qiyam qaldırıb. Məhbuslar bir neçə saat ərzində çarpayı əşyalarını, kameraların qapaqlarını, qida pəncərələrini qırıb, yandırıblar.
Türkiyəyə məxsus yük gəmisi batdı - 4 nəfər ölüb
Türkiyənin Mərsin vilayətindən Zonquldağa 3 min tona yaxın yük daşıyan gəmi Mərmərə dənizinin Bosfor boğazı yaxınlarında yoxa çıxıb. Uzunluğu 78 metrə yaxın olan “MV Bilal Bal” adlı gəminin ekipajında 12 nəfərin olduğu bildirilib. Batdığı ehtimal edilən gəminin axtarışlarına başlanılıb.
Erməni nazir polisləri geri çağırdı - Hakimiyyət üçün mübarizə BAŞLAYIR
Ukraynada hakimiyyət və güc strukturlarının mübarizəsi isti mərhələyə keçib. Daxili İşlər Nazirliyinin başçısı Arsen Avakov oğlunun həbs olunmasına dərhal cavab verib. KİV-in yazdığına görə, Avakov Ali Radanı müdafiə edən polisləri geri çağırıb və radikallara tam hərəkət azadlığı verib. Deputatlar isə Arsen Avakovun Daxili İşlər Nazirliyinin rəhbəri vəzifəsindən kənarlaşdırılmasını tələb edirlər. Hazırda Milli korrupsiyaya qarşı Büro Kiyevdə ən təhlükəsiz binadır. Orada onlarla Milli Qvardiya döyüşçüsü keşik çəkir. Büroda hazırda Avakovun oğlu saxlanılır.
Terror aktından sonra Trampdan İLK AÇIQLAMA: "Şərqdə məğlub etdik, indi də...”
ABŞ Prezidenti Donald Tramp Nyu-York şəhərində baş verən terror hadisəsindən sonra açıqlama verib. Prezident İŞİD-in ölkəsinə daxil olmağına icazə verməyəcəyini bildirib: “Orta Şərqdə məğlub etdikdən sonra İŞİD-in ölkəmizə geri qayıtmasına icazə verməməliyik.
Moskvadan Ankaraya şok ZƏRBƏ - Cavab GECİKMƏDİ
Rusiya Suriyanın yeni konstitusiyasının hazırlanması prosesinə PYD-ni də daxil etmək istəyir. Noyabr ayında Rusiyanın Soçi şəhərində keçiriləcək danışıqlara PYD də qatılacaq. Rusiyanın PYD səlahiyyətliləri ilə son 10 gün ərzində 3 dəfə görüşdüyü bildirilir. Xarici agentliklərə danışan PYD-li səlahiyyətli də Soçi görüşünə dəvət aldıqlarını təsdiqləyib.
ABŞ rusların DNT örnəklərini niyə toplayır? - İDDİA
"ABŞ rusların DNT örnəklərini toplayır. Ölkənin bir sıra qeyri-hökümət təşkilatları bu məsələni xüsusilə araşdırır." Bu sözləri Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib. O qeyd edib ki, müxtəlif etnik mənşəli rusların DNT nümunələri agentliklər tərəfindən xaricə göndərilərək araşdırılır.
Yeni aşkar edilən NƏHƏNG PLANET alimləri təəccübləndirdi - SENSASİYA
Mövcudluğu daha əvvəl son dərəcə ağlasığmaz hesab edilən nəhəng planet Uorvik universitetindən olan mütəxəssislərin rəhbərliyi altında beynəlxalq astronomlar qrupu tərəfindən aşkar edilib. NGTS-1b adlı qaz nəhəngi təxminən Yupiter ölçüsündədir və Yer kürəsindən 600 işıq ili məsafədə Göyərçin bürcündə yerləşir. Onun kütləsi Yupiterdən 20% daha azdır və səthində temperatur 530°C-dir. Bildirilir ki, bu planetdə 1 il cəmi 2.6 gün davam edir və günəşə qədərki məsafəsi Yer kürəsinin Günəşə olan məsafəsinin cəmi 3%-ni təşkil edir.














