Dünya

İES-də partlayış: ölən və yaralananlar var - Hindistanda

1 Noyabr 2017 17:57

Hindistanın Uttar-Pradeş ştatında istilik elektrik stansiyasında baş vermiş partlayış nəticəsində azı 4 nəfər həlak olub. 50-yə yaxın adam xəsarət alıb. Partlayışın baş vermə səbəbləri məlum deyil. Hadisədən sonra stansiyanın fəaliyyəti dayandırılıb. Ölənlərin sayının arta biləcəyi istisna olunmur.

Papadan qəribə etiraf: “Dua edəndə yuxu tutur”

1 Noyabr 2017 17:51

Katoliklərin ruhani lideri Papa Frensis Yutub üzərindən yayım edən bir kanala müsahibəsində maraqlı etiraflar edib.  Papa dua edərkən yatdığını deyib. O, bu vəziyyətin 19-cu əsrdə yaşayan Tereza Anada da olduğunu vurğulayıb. Papa dua edərkən yuxulamağın insanın Tanrını məmnun etdiyi anlamına gəldiyini bildirib. O, bir xristian üçün Tanrı hüzurunda yatmağı bir uşağın atasının qollarında yatmağına bənzədib.

Bağdaddan kürd muxtariyyətinə qarşı SƏRT ADDIMLAR

1 Noyabr 2017 17:49

Rəsmi Bağdad Ərbilin 26 illik muxtariyyətinə son qoymağa hazırlaşır. İraqın baş naziri Heydər əl-İbadinin sözlərinə görə, Şimali İraq Kürd Muxtariyyətinə qarşı atılacaq addımlar dəqiqləşib.

Alimlər elmə məlum olmayan yeni planet kəşf etdilər

1 Noyabr 2017 17:06

Mövcudluğu imkansız sayılan "NGTS-1b" adlı nəhəng planet kəşf edilib. Böyük Britaniynın Uorvik universitetinin bir qrup alimi bu planeti kəşf edib. Məlumata əsasən, planet Yerdən 600 işıq ili uzaqlıqda, Göyərçin bürcündə yerləşir. Onun səthində isə 530 dərəcə tempratur var. Səma cismi ilə günəşi arasındakı məsafə Yerlə Günəş arasındakı məsafənin 3 faizini təşkil edir. Bu səbəbdən Bu planetdə bir il 2.6 günə bərabərdir.

Zərrabın məhkəmə işində ŞOK NƏTİCƏ

1 Noyabr 2017 16:35

Türkiyə və İran vətəndaşı, Azərbaycan əsilli iş adamı Rza Zərrab ona qarşı qaldırılan iddiaları qəbul edəcək. Bu barədə “New York Times” qəzeti məlumat yayıb. ABŞ-ın maliyyə sistemini aldatmaqla İrana qarşı tətbiq edilən sanksiyaları əzən Rza Zərrab 27 noyabr tarixində yenidən məhkəmə qarşısına çıxarılacaq.

Yüzlərlə İŞİD terrorçusu Türkiyəyə göndərilib

1 Noyabr 2017 16:18

Türkiyə təhlükəsizlik güclərinin peşəkar fəaliyyəti nəticəsində İŞİD terror qruplaşmasının ölkə ərazisində fəaliyyəti tamamilə məhdudlaşdırılıb. Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) əldə etdiyi kəşfiyyat məlumatları İŞİD-in ölkə ərazisində terror aktları törətməsinin qarşısının alınmasında mühüm rol oynayıb.

“Tək canavar” taktikası İŞƏ DÜŞÜR: Rusiyaya HÜCUM HAZIRLIĞI

1 Noyabr 2017 16:16

Rusiya İŞİD terror təşkilatında döyüşən vətəndaşların sayına görə ölkələrin siyahısına başçılıq edir. Rəsmi hesabatlara əsasən, təşkilatın sıralarında Rusiyadan olan döyüşçülərin sayı 3417-ə çatıb.

Türkiyədə otellər "hər şey daxil" sistemindən imtina edə bilər

1 Noyabr 2017 15:41

Türkiyə Ticarətçı və Sənətkarlar Konfederasiyasının (TESK) sədri Bendevi Palandökən yerli hotellər üçün "hər şey daxil" (all inclusive) sisteminin ləğv olunması təklifi ilə çıxış edib. Bu barədə Türkiyənin "Sözçü" qəzeti məlumat yayıb.

İşğalçı dövlətin iqtisadi blokadası daha da güclənir

1 Noyabr 2017 15:37

Oktyabrın 30-da Azərbaycan Avrasiya məkanı üçün yeni yüksəliş layihəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttini istifadəyə verdi. Qədim İpək Yolunun polad magistrallar üzərində bərpası olan bu dünya əhəmiyyətli layihənin gerçəkləşməsi ilə Azərbaycan regionda ən nəhəng kommunikasiya dəhlizlərindən birinin müəllifinə çevrildi. BTQ-nin geosiyasi, iqtisadi və tarixi əhəmiyyətindən danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynovun sözlərinə görə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevriləcək. Asiyanı, Avropanı və Afrikanı bir-biri ilə birləşdirmək məqsədilə başladılan yeni “İpək Yolu” təşəbbüsü nəticəsində regionda siyasi cəhətdən sülh, təhlükəsizlik və sabitlik möhkəmlənəcək, layihə sosial baxımdan rifah gətirəcək, yük və sərnişin daşınması ilə yanaşı, məlumat mübadiləsi ilə də ölkələrimizin qlobal inkişafına töhfə verəcək.

İstanbulda partlayış: Yaralılar var

1 Noyabr 2017 15:18

Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub. İlkin ehtimala əsasən 3 nəfər xəsarət alıb. Partlayışın səbəbləri dəqiqləşdirilir. Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

Qadın "nə baxırsan sifətimə?" deyib kişini qatarın altına atdı - FOTO

1 Noyabr 2017 14:56

Bu gün metroda qarşılaşdığı kişini qatarın altına atan qadının məhkəməsi keçirilib.  2 uşaq anası olan qadına 5 illik həbs cəzası verilib. Charissa Brown-Wellington (Karisa Braun Vellinqton) adlı 31 yaşlı qadın Mançesterdəki Viktoriya stansiyasında qarşılaşdığı Phillip Carteri (Filip Karter) qatarın altına atıb, ölümünə səbəb olduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilib. 

İki qadın WhatsApp-da söyüşdülər, 10 şallaq cəza aldılar

1 Noyabr 2017 14:23

Ermənistan Ədliyyə Nazirliyinin Gorus islah-əmək müəssisəsində məhbuslar yataq dəstlərini yandırıb, kameraların qapılarını sındırıblar. Hadisə oktyabrın 31-də gecə saatlarında olub. Ermənistan İstintaq Komitəsi və İslah-Əmək Müəssisəsinin əməkdaşlarının keçirdiyi yoxlama zamanı məhbuslar və məhkumlar arasında münaqişə yaranıb.

Şimali Koreya Avropa paytaxtlarını külə çevirəcək - TƏHLÜKƏ

1 Noyabr 2017 14:18

“Şimali Koreya Avropa ölkələrini belə hədəfə alacaq qitələrarası ballistik raketlərə sahibdir”. Yaponiya baş naziri Sintzo Abe bu barədə NATO-nun Baş katibi Yens Stoltenberqlə Tokioda görüş zamanı bunu deyib. 

Hansı yaşdan sonra dünyaya uşaq gətirmək təhlükəlidir? - ALİM RƏYİ

1 Noyabr 2017 14:11

Amerika alimləri müəyyən edib ki, yaşı çox olan kişilərin spermasından alınmış rüşeymlər, gənc partnyorların qəfəslərindən çıxmış embrionlardan daha ləng inkişaf edir.