"Lenin o vaxt dəfn olunacaq ki..." - Matviyenko

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq. Bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

Vladimir Lenin o vaxt dəfn olunacaq ki, bu məsələnin mübahisəsiz həll yolu tapılacaq. Bunu Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.

O, "Arqumentı i faktı" qəzetinə müsahibəsində qeyd edib ki, Qırmızı meydanda V.Lenin Rusiya tarixinin bir hissəsidir: "Və mən düşünürəm ki, belə məsələlərdə hər şeyi sındırıb-dağıtmaq olmaz. Əminəm ki, nə vaxtsa bu məsələ də həllini tapacaq, cəmiyyət konsensusa gələcək". V.Matviyenko bildirib ki, dəfn məsələsi referendum yolu ilə də həll oluna bilər: "Lakin bu, indinin və sabahın işi deyil". Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31