İndoneziya "silkələndi"
İndoneziyanın Ambon adası yaxınlığında zəlzələ baş verib. Avropa Aralıq dənizi seysmoloji mərkəzi zəlzələnin 5,7 bal gücündə olması barədə qeyd edib. Məlumata görə, zəlzələnin mərkəzi Ambon adasından 44 kilometr qərbdə olub. Zəlzələ 21 kilometr dərinlikdə qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə hələ məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib.
31 Oktyabr 2017 18:01 Dünyaİndoneziyanın Ambon adası yaxınlığında zəlzələ baş verib. Avropa Aralıq dənizi seysmoloji mərkəzi zəlzələnin 5,7 bal gücündə olması barədə qeyd edib. Məlumata görə, zəlzələnin mərkəzi Ambon adasından 44 kilometr qərbdə olub. Zəlzələ 21 kilometr dərinlikdə qeydə alınıb. İnsan tələfatı və dağıntılar barədə hələ məlumat daxil olmayıb. Sunami təhlükəsi barədə xəbərdarlıq edilməyib. Trend.az