Serj Sarkisyan Moskvaya gedir
Ermənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Rusiyaya işgüzar səfər edəcək. Bunu Yerevanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib. Onun sözlərinə görə, S.Sarkisyan Moskvada “Ermənistan mədəniyyəti günləri”nin açılışında iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan parlamenti sədrinin, müdafiə nazirinin, deputatların və başqa rəsmilərin də Rusiyaya səfəri planlaşdırılıb.
30 Oktyabr 2017 16:54 DünyaErmənistan prezidenti Serj Sarkisyan noyabrın 15-də Rusiyaya işgüzar səfər edəcək. Bunu Yerevanın Rusiyadakı səfiri Vardan Toqanyan bildirib. Onun sözlərinə görə, S.Sarkisyan Moskvada "Ermənistan mədəniyyəti günləri"nin açılışında iştirak edəcək. Tədbir çərçivəsində Ermənistan parlamenti sədrinin, müdafiə nazirinin, deputatların və başqa rəsmilərin də Rusiyaya səfəri planlaşdırılıb.
Qedy edək ki, S.Sarkisyan sonuncu dəfə bu il oktyabrın 11-də Rusiyada işgüzar səfərdə olub. Həmin vaxt o, MDB ölkələri və Avrasiya İqtisadi İttifaqın iclasında iştirak edib. Report.az