İtaliyada meşə yanğınları qocalar evinə çatdı - 180 qoca köçürüldü
İtaliyanın şimalındakı Pyemont vilayətində şiddətli meşə yanğınları davam edir. Məlumata görə, hazırda yanğınlar 3000 hektardan çox ərazini əhatə edib. Yanğın zonasının yaxınlığında yaşayan 450-yə yaxın sakin təxliyə olunub.
30 Oktyabr 2017 12:55 Dünyaİtaliyanın şimalındakı Pyemont vilayətində şiddətli meşə yanğınları davam edir. Məlumata görə, hazırda yanğınlar 3000 hektardan çox ərazini əhatə edib. Yanğın zonasının yaxınlığında yaşayan 450-yə yaxın sakin təxliyə olunub. Bundan başqa, yaxınlıqdakı qocalar evində yaşayan 180 nəfər oradan uzaqlaşdırılıb. Məlumata gröə, yanğınların qarşısının alınması üçün 10-dan çox təyyarə cəlb olunub. Xorvatiya hökuməti də yardım üçün 2 təyyarə göndərib. Trend.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31