“Müstəqillik” arzularına ikili yanaşma
Qərb, Avropa nə qədər katalonları öz inadlarından geri döndərməyə, onları müstəqillik istək və arzusundan uzaq tutmağa çalışsa da, qarşı tərəf də bir o qədər öz qərarında israrlı olduğu görüntüsü yaradaraq mübarizənin müsbət sonluqla başa çatdırılmasına çalışır. Və elə bu səbəbdəndir ki, katalonların müstəqillik referendumundan sonra keçən müddət ərzində tərəflər arasında mövcud problemi aradan qaldırmaq hələ ki, mümkün olmur. Hər nə qədər katalonların atmış olduğu addım bir növ separatizmə cəhd kimi dəyərləndirilsə də, lakin burada təzadlı və qəribə görünən mənzərə ondan ibarətdir ki, bir müddət əvvəl Qərb və Avropa eyni yanaşmanı digər regionlarda meydana gələn bu kimi problemlər zamanı da sərgiləmirdi. Əksinə bəzən dolayısıyla, bəzən isə açıq şəkildə dəstək nümayiş etdirirdi.
30 Oktyabr 2017 14:52 DünyaVə ya İspaniyanın taleyi necə olacaq?
Qərb, Avropa nə qədər katalonları öz inadlarından geri döndərməyə, onları müstəqillik istək və arzusundan uzaq tutmağa çalışsa da, qarşı tərəf də bir o qədər öz qərarında israrlı olduğu görüntüsü yaradaraq mübarizənin müsbət sonluqla başa çatdırılmasına çalışır. Və elə bu səbəbdəndir ki, katalonların müstəqillik referendumundan sonra keçən müddət ərzində tərəflər arasında mövcud problemi aradan qaldırmaq hələ ki, mümkün olmur. Hər nə qədər katalonların atmış olduğu addım bir növ separatizmə cəhd kimi dəyərləndirilsə də, lakin burada təzadlı və qəribə görünən mənzərə ondan ibarətdir ki, bir müddət əvvəl Qərb və Avropa eyni yanaşmanı digər regionlarda meydana gələn bu kimi problemlər zamanı da sərgiləmirdi. Əksinə bəzən dolayısıyla, bəzən isə açıq şəkildə dəstək nümayiş etdirirdi. Elə millət vəkili Zahid Oruc da belə düşünür. O, qeyd edir ki, Katalon lideri Karlios Puçdemonun millətçilik dalğasında tanksız və topsuz bir şəkildə dövlət qurmaq istəməsi nədənsə qoca qitədə ciddi narahatçılıq doğrurur: "Franko ölüb və indiki İspaniya kralı formal olaraq dövlətin vahidliyini təcəssüm etdirir. Onun sərəncamında milyonlarla döyüşçü və sərkərdə yoxdur. Baş nazir Marian Raxoy isə avropalı həmkarlarının məsləhətini bir kənara qoyaraq, yalnız tribunadan və hökumət binasından əzələ nümayiş etdirir, ayaqlanan bütövlüyü bəyanatlarla geri qaytarmağa çalışır. Nəticə acınacaqlıdır. Siyasi separratçılar bütün dünyada özlərinə tərəfdarlar qazanaraq Barselonanın informasiya məkanında gərəkli yüksəklikləri tutmasını və hüquqi-siyasi pozitsiyaları qazanmasını təmin ediblər. Madridsə yalnız iqtisadi yollarla yerdə sürünən suverenliyi ölkənin bütün periferiyalarında təmin edə bilməyəcək. Doğrudur, referendumdan ötən 28 gün ərzində Kataloniyanın birtərəfli qaydada azadlığını elan etməyə qalxması orada çalışan 800-dən artıq bank və sığorta şirkətlərini qorxudub və onları sərt qərarlar verməyə məcbur edib. Nəticədə turist axınları 10 faizdən artıq azalıb, investisiya qoyuluşunun strukturunda mənfiyə doğru kəskin dəyişilim var və regional büdcə milyonlarla avro itkiyə məruz qalır. ÜDM-in xüsusi çəkisinin 4 faiz aşağı düşməsi bir müddət sonra müstəqilliyinin bədələni ödətdirəcək və bahalı şəhərlərin vergi yükündə azadlıq qəbzləri qoldan asılmış zəncirə çevriləcək. Lakin indi, hələ eyforiyanın tüğyan elədiyi günlərdə meydanlarda atəşfəşanlığa çıxan milyonlarla insanı aclıqla sınağa çəkib öz yollarından döndərmək müşkül məsələdir. Hər halda yaşlı və orta nəsil mütləqiyyətin- istismarçı rejimlərin bütün məhrumiyyətlərini öz bətnlərində yaşayıblar. Ona görə də Avropanın ortasında şimali Kürdüstanın məruz qaldığı hərbi və iqtisadi sanksiyaların gücü ilə müstəqillikdən daşındıralan kürd nümünəsini təkrarlamaq çətin işdir. Puçdemon Bərzanidən fərqli olaraq, Qərbin insan azadlıqları və vətəndaş haqları uğrunda ixtisaslaşmış böyük institutlarını XXI əsrin ən ağır artilleriyası kimi yanında görür. Doğrudur, ispan kəndliləri Napelon imperiyasını dağıtmaqda xüsusi hünər göstəriblər. Dünya hökmranlığına qalxmış böyük sərkərdəni Madridin əyalətlərində baş qaldıran yerli üsyanlar tam əldən salır, əskər itkilərinə və maddi məhrumiyyətlərə düçar edirdi. Halbuki indi XVIII əsr deyil və mübarzənin şərtləri dəyişib". Millət vəkili bildirib ki, İspaniya hökuməti 127 minlik ordusunu Puçdemonun əliyalın spartalılarının üstünə göndərməklə Barselonanın parlament binasından salınmış bayraqlarını yerinə qaytaracağı indandırıcı görünmür. Çünki qətlə yetirilən hər kəs katalon xalqının mücahidinə çevriləcək və daha böyük qanların tökülməsinə vəsilə olacaq: "O üzdən, "Marseloyoza" sədaları altında yumuq düyünləyənlərə qarşı zor və dəyənək qədər effektli olan, mükafatlandırma və mərkəzi hakimiyyətin özünün idarə etdiyi separatizm daha effektlidir.Xalq hərəkatının önünə çıxanların içərisində mütləq birincilik və siyasi eqosunu hamıdan yuxarıda tutan adamlar tarix boyu xəyanət sayılan gizli sövdələşmələrə həmişə can atıblar. Puçdemonu ləkələmək onu öldürməkdən daha asandır. Düşməni məhv etmək üçün onu fiziki cəhətdən qətlə yetirməyə ehtiyac yoxdur". Zahid Oruc onu da qeyd edib ki, Rusiya Çeçenistan asiliyini fərqli bir yolla cilovlamağı bacarmışdı. Yeltsinin qətlə yetirdiyi Dudayev, Mashadov və yüzlərlə azadlıq mücahidindən sonra Putin məscid minbərindən düşürüb hakimiyyət kürsüsünə gətirdiyi Ahmad Kadırovla Qafqazdakı itəatsizlik hərəkatını boğmağı bacarmışdı: "İndi ispan hökuməti katalon xalqının içərəsindən çıxan kadırovları tapmağı bacarmalıdır. Kim deyə bilər ki, Moskvaya meydan oxuyaraq,Qərbin əlində süngüyə çevrilən Dudayev köləlikdən xilas etməyə çalışdığı xalqına Kadırovdan daha çox xidmət edib? Bəlağəti və qəhrəmanlıq balladalarını bir kənara qoysaq, indi Qroznı Rusiya müsəlmanlarının inanc mərkəzi və ediqad qapısıdır. Məgər Yaxın Şərqdə və Donbasda Putin üçün döyüşən çeçen islam orduları velikorus ideallarına milli əskərlərindən az xidmət edirlər? Əksinə, Suriya torpaqlarını qara bayraqlı xilafətdən təmizləyən qüvvələrdən biri də Kadırovun cəngavərləridir".
Süleyman