Atəşkəs rejimi uzadıldı - İraq hökuməti ilə kürdlər arasında

İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri (“peşmərgə”) hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər. Bu barədə bazar günü “Shafaq News” xəbər portalı məlumat yayıb.

İraqın hökumət qüvvələri ilə Kürd hərbiləşdirilmiş birləşmələri ("peşmərgə") hərbi əməliyyatların dayandırılması rejiminin uzadılması barədə razılıq əldə ediblər.

Bu barədə bazar günü "Shafaq News" xəbər portalı məlumat yayıb.

Bildirilir ki, razılaşma İraq Silahlı Qüvvələri komandanlığı və "peşmərgə" nümayəndələri arasında əldə olunub. Görüş ABŞ-ın rəhbərlik etdiyi anti-terror koalisiyası nümayəndələrinin iştirakı ilə baş tutub.

"Kurdistan 24" telekanalının məlumatına görə, atəşkəs rejimi tərəflər mübahisəli ərazilər, eləcə də sərhəd məntəqələrinin birgə idarəsini razılaşdırana qədər qüvvədə qalacaq. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31