Təbii fəlakət - Polşa və Almaniyada
Ötən gecə Polşada müşahidə olunan güclü fırtına iki nəfərin həyatına son qoyub. Bu barədə dövlət yanğınsöndürmə xidmətinin mətbuat katibi Pavel Frantçak açıqlama verib. Hər iki ölüm hadisəsi ağacın maşının üstünə aşması nəticəsində baş verib. Fırtına ilə bağlı xilasetmə orqanlarına 500 müraciət olunub.
29 Oktyabr 2017 22:32 DünyaÖtən gecə Polşada müşahidə olunan güclü fırtına iki nəfərin həyatına son qoyub. Bu barədə dövlət yanğınsöndürmə xidmətinin mətbuat katibi Pavel Frantçak açıqlama verib.
Hər iki ölüm hadisəsi ağacın maşının üstünə aşması nəticəsində baş verib.
Fırtına ilə bağlı xilasetmə orqanlarına 500 müraciət olunub.
Amaniyanı isə "Hervart" qasırğası ağuşuna alıb. Şimali Reyn-Vestfaliya əyalətində 59 yaşlı kişi qasırğanın qurbanı olub.
Ağacların yollara düşməsi nəticəsində Almaniyanın bəzi yerlərində qatarların hərəkətində və elektrik verilişində fasilələr yaranıb.
Publika.az