Ankara meri Melih Gökçek istefa verdi
Bu gün Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek istefa verdiyini açıqlayıb. Meri toplantı zamanı özünü “dava adamı” adlandırıb və qeyd edib ki, o heç də yorğun olduğu üçün yox, sırf prezident Rəcəb Tayyib Ərdoğanın tələbinə uyğun olaraq vəzifəsindən ayrılır. Çünki Ərdoğanın daha gözəl bir Türkiyə inşa edəcəyinə inanır.
28 Oktyabr 2017 13:05 DünyaBu gün Türkiyənin paytaxtı Ankaranın bələdiyyə başqanı Melih Gökçek istefa verdiyini açıqlayıb.
Meri toplantı zamanı özünü "dava adamı" adlandırıb və qeyd edib ki, o heç də yorğun olduğu üçün yox, sırf prezident Rəcəb Tayyib Ərdoğanın tələbinə uyğun olaraq vəzifəsindən ayrılır. Çünki Ərdoğanın daha gözəl bir Türkiyə inşa edəcəyinə inanır.
Bundan başqa, o, vida çıxışında da Ərdoğanın ünvanına xeyli tərifli sözlər deyib.
Ondan və digər iri şəhərlərin merlərindən istefa vermələrini prezident Ərdoğna və hakim partiyanın rəhbərliyi tələb edirdi. Məqsəd iki il sonra keçiriləcək seçkilərə daha güclü komanda ilə getməkdir.