2017-ci ildə boşanan məşhur cütlüklər - FOTOLAR
28 Oktyabr 2017 08:21 Dünya 2017-ci ildə boşanan məşhur cütlükləri təqdim edirik:
Murad Dalkılıç - Merve Boluğur -sənətçilər 2 illik evliliyi hansı səbəbdən bitirdiklərini açıqlamayıblar.

Murad Başoğlu - Hande Bermek - Aparıcı xanımına xəyanət etdiyi üçün 14 illik ailəsi dağılıb.

Sadettin Saran - Emek Külür - Türkiyənin tanınmış iş adamı Sadettin Saran 2012-ci ildə ailə qurduğu diş həkimi Emek Külürdən ayrılıb.

Tuba Büyüküstün - Onur Saylak - Aktrisa 6 illik həyat yoldaşı və əkizlərinin atası ilə son zamanlar yola getmədiyindən onunla boşanıb.

Birce Akalay - Sarp Levendoğlu - daha əvvəl iki dəfə boşanmaq qərarından son anda dönən tərəflər bu il rəsmən boşanıblar.

Bekir Aksoy - Derya Çavuşoğlu - iddialara görə, aktyor xanımını döydüyü üçün Derya boşanmaq üçün məhkəməyə müraciət edib. Publika.az