Fransa da Kataloniyanın müstəqilliyini tanımadı
Fransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir. Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.
28 Oktyabr 2017 08:05 DünyaFransa hakimiyyəti Kataloniyanın müstəqilliyi haqqında qətnaməni tanımır və dialoqu ancaq rəsmi Madridlə aparmaq niyyətindədir.
Bu barədə Fransanın xarici işlər naziri Jan-İv Le Drian deyib.
"Mən Kataloniyada baş verənləri narahatlıqla izləyirəm. Fransa İspaniyanı vahid və güclü görmək istəyir. Bizim bircə həmsöhbətimiz var - İspaniya hökuməti", - deyə nazir bildirib.
Bu səbəbdən fransalı nazir İspaniya konstitusiyasına hörmətlə yanaşmağın və qanunun aliliyinin vacibliyini vurğulayıb.
"Fransa Kataloniya parlamenti tərəfindən qəbul edilən müstəqillik haqqında qətnaməni tanımır", - deyə o əlavə edib. Report.az