Pakistan səfiri Qarabağa görə dünyaya çağırış etdi

Pakistanın ölkəmizdəki səfiri Said Xan Mohmand Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrədə keçirdiyi görüşə münasibət bildirib. Məlumata görə, səfir münaqişənin nizamlanmasına dair danışıqların intensivləşməsi barədə təklifi müsbət dəyərləndirib.

Diplomat eyni zamanda münaqişənin həllində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrini və dünya birliyini aktiv olmağa çağırıb.

"Biz Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın yanındayıq. Ermənistanı rəsmi dövlət kimi tanımırıq. Bundan əlavə Pakistan parlamentinin xarici əlaqələr üzrə komitəsi Xocalı faciəsini soyqırım kimi tanıyan qətnamə qəbul edib, həmçinin parlamenti Ermənistan qoşunlarının Azərbaycanın işğal altından olan torpaqlarından dərhal çıxarılması barədə də qəbul edib"- deyə səfir vurğulayıb. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31