Türkiyənin yeni siyasi partiyası qədim türklüyü özündə tərənnüm edir

Məlum olduğu kimi Türkiyədə yeni siyasi partiya təsis edilib. Vaxtı ilə Milliyətçi Hərəkat Partiyasının fəallarından və bu partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan aktiv deputatlarından sayılan Meral Akşenerin yaratmış olduğu partiya İyi Partiya adlanır. Türkiyədə hər şeyin iyi olmasını arzulayan Meral Akşenerin yaratmış olduğu partiyanın qısa zaman ərzində qardaş ölkənin ana müxalifətinə çevriləcəyi istisna edilmir ki, bunun da bir neçə səbəbi var. Birincisi, hazırkı müxalifət partiyaları olan CHP və MHP-nin uzun illər siyasi həyatda ciddi uğura nail olmamasıdır ki, adıçəkilən partiya üzvlərində istər-istəməz bu uğursuzluq narazılıqlar yaradıb. Və həm millətçilər, həm də cümhuriyyətçilər daha aktiv siyasi proseslərin iştirakçısı ola biləcək yeni bir siyasi qüvvə axtarışındadırlar.

Bu amil də Meral Akşenerə uğur gətirəcək faktorlardan olacaq

Məlum olduğu kimi Türkiyədə yeni siyasi partiya təsis edilib. Vaxtı ilə Milliyətçi Hərəkat Partiyasının fəallarından və bu partiyanın Türkiyə Böyük Millət Məclisində təmsil olunan aktiv deputatlarından sayılan Meral Akşenerin yaratmış olduğu partiya İyi Partiya adlanır. Türkiyədə hər şeyin iyi olmasını arzulayan Meral Akşenerin yaratmış olduğu partiyanın qısa zaman ərzində qardaş ölkənin ana müxalifətinə çevriləcəyi istisna edilmir ki, bunun da bir neçə səbəbi var. Birincisi, hazırkı müxalifət partiyaları olan CHP və MHP-nin uzun illər siyasi həyatda ciddi uğura nail olmamasıdır ki, adıçəkilən partiya üzvlərində istər-istəməz bu uğursuzluq narazılıqlar yaradıb. Və həm millətçilər, həm də cümhuriyyətçilər daha aktiv siyasi proseslərin iştirakçısı ola biləcək yeni bir siyasi qüvvə axtarışındadırlar. Bu baxımdan İyi Partiya həm MHP, həm də CHP-dən ayrılmaq istəyənlər üçün yaxşı bir fürsət ola bilər. İkincisi, Meral Akşener öz siyasi keçmişi ilə müsbət mənada ad çıxarmış simalardandır və onun təkcə TBMM-də fəaliyyəti Akşener barədə müsbət rəy formalaşdırmağa yetir. Türkiyə cəmiyyəti də xanım Akşenerin Məclisdəki uğurlu fəaliyyətindən razı qalıb. Ona görə də Türkiyə cəmiyyətinin də İyi Partiyaya dəstək nümayiş etdirəcəyi şübhəsizdir.

Nəhayət, üçüncü bir məqam xanım Akşenerin partiyasına onun adına uyğun olaraq iyi bir simvollar seçməsi ilə bağlıdır. Belə ki, İyi Partiyanın simvolu tamamilə türklüyü, türkçülüyü özündə əks etdirir ki, bu da Türkiyə cəmiyyətində olduqca xoş qarşılanıb. Eyni zamanda digər türk toluluqları da İyi Partiyanın simvollarından məmnunluq ifadə ediblər. Araşdırmaçı Zaur Əliyev də deyir ki, xanım Akşener yaratmış olduğu partiyanın simvolunu seçəndə xüsusi həssaslıq nümayiş etdirib və hər kəsi məmnun edəcək bir simvol müəyyən edib: "Partiyanın simvolunda əks olunan Günəş totemi türklərdə böyük əhəmiyyət daşıyıb. Ən qədim Türk andı belə idi: "And olsun günəşə və onun işığına gün görənlərə sadiq olacam, türk törəsinə xidmət edəcəm və millətimin ən uca olması üçün canımı fəda edəcəm". Günəş kultu Azərbaycanın ən qədim kultlarındandır. Bu kult tunc dövründə çox böyük tərəqqi tapmışdı. Naxçıvanda tunc dövrünə aid Gəmiqaya abidəsi eramızdan əvvəl I-III minilliklərə aid edilir ki, üzərindəki rəsmlər, yazı, işarələr insanların bir-biri ilə ünsiyyət və əlaqə, öyrətmə-öyrənmə prosesini əks etdirir. Gəmiqayalılar müxtəlif təbiət hadisələrinə, çaya, ağaca, heyvana inanmış, onların təsvirlərini çəkmiş, Günəşə sitayiş ediblər. Gəmiqayada günəşə sitayişi ifadə edən dairə ortasına nöqtə qoyulmuş rəsmlər vardır ki, bu da günəşi ifadə edir. Qədim əcdadlarımızın şümerlərlə olan mədəni yaxınlığından, qan qohumluğundan xəbər verən bir çox maddi mədəniyyət, incəsənət abidələri içərisində Qobustanın günəş gəmiləri xüsusi yer tutur. Etimoloji baxımdan "Tenqri" anlayışının kökündə "tan" (dan yeri, Göy, sübh Günəşinin nuru) və "ər" sözləri dayanır və "dan/tan əri", "Səma ilahisi" anlamını verir. Türk mifalogiyasına görə "Günəşi təmsil edən qurd və aslan həmişə Günəş şüası ilə, işıqla bağlı insanların gözünə görünərmiş... Günəşin kişi və eləcə də qadın başlanğıcı olması ana, ata xaqanlığı ilə bağlıdır. Ana xaqanlığı çağında qadın, ata xaqanlığı çağında isə kişi olmuşdur. Günəş kainatın Ulu Yaradının gözüdür. Hər şeyi görür. Qədimdə türklər böyük qələbələri və sağlam övladları onlara bəxş etdiyi üçün Tanrının gözü Günəşə öz atlarını qurban kəsirdilər. Türk mifik görüşlərində dünyanın yaradıcısı Oğuzdur. O, ilk olaraq kosmik cismləri - günəşi, ayı və ulduzları, ıonra isə göyü, yeri - dağları, dənizləri meydana gətirir. Dünyanı idarə etməyi günəşin övladlarına tapşırır". Araşdırmaçı deyir ki, partiyanın adının yazılışına, İYİ- ifadəsinə diqqətlə baxdıqda aydın olur ki, bu oğuzların Bozox qolundan boya məxsus Damğadır: "Qayı kəlməsi; "möhkəm, qüvvət və qüdrət sahibi" deməkdir. Qayı boyunun simvolu, iki ox və bir yaydan ibarətdir. Oğuz boyundan Qayı boyunun damğası kimi tanıdığımız "IYI" damğası Erkən Tunc dövründən başlayaraq Avrasiya qitəsində qayalarda, saxsı və metal məmulatların üzərində həkk edilməkdədir. "Göy Tanrı" işarəsidir. Günümüzdə bu adət Qaşqay məzar daşları üzərində tayfa mənsubiyyətini bildirən damğa kimi yaşamını sürdürməkdədir. Bir faktı da qeyd edək ki, bu gün muzeylərdə saxlanılan Ağqoyunlu dönəminə aid olunan döyüş dəbilqələrinin üzərində həkk edilmiş qayı boyu damğası "IYI". Oğuz Xan oğlu Gök Xan oğlu Qayının, bu boyun cəddi olduğu söylənilir. İyirmi il hökmdarlıq edən Qayının nəsli uzun illər bu məqamda qalmışdır. Bu səbəblə Qayı boyu Oğuz boyları arasında ilk sırada göstərilməkdədir. Dədə Qorqud gələcəkdə xanlığın yenidən Qayıya dönəcəyini bildirərək Osmanlılara xəbər vermişdi. Osmanlı bəyliyinin rəsmi rəmzi kimi tanınan bu işarə qədim oğuzlarda hakimiyyət və vassallıq bildirən damğaların birliyidir. Azərbaycan memarlıq
abidələrində və məzar daşları üzərində həmin damğanın variantına rast gəlinir".

Məhəmməd

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31