Çinlilərdən ibarət cinayətkar dəstəyə qarşı əməliyyat
İspaniya polisi ölkənin 11 vilayətində eyni vaxtda “Çin mafiyası”na qarşı xüsusi əməliyyat keçirib. “Shoping” kod adlı əməliyyat nəticəsində Madrid, Barselona, Sevilya, Malaqa, Valensiya, Alikante və başqa vilayətlərdə 34 axtarış aparılıb, 80 nəfər şübhəli şəxs qismində saxlanılıb.
27 Oktyabr 2017 14:35 Dünyaİspaniya polisi ölkənin 11 vilayətində eyni vaxtda "Çin mafiyası"na qarşı xüsusi əməliyyat keçirib. "Shoping" kod adlı əməliyyat nəticəsində Madrid, Barselona, Sevilya, Malaqa, Valensiya, Alikante və başqa vilayətlərdə 34 axtarış aparılıb, 80 nəfər şübhəli şəxs qismində saxlanılıb.
Mənzil-qərargahı Madrid yaxınlığındakı Fuenlabrada qəsəbəsində olan cinayətkar şəbəkə çirkli pulların yuyulması, qaçaqmalçılıq və sənədlərin saxtalaşdırılmasında günahlandırılır.
Buna bənzər daha bir əməliyyat 2012-ci ildə də həyata keçirilmişdi. O zaman həbs olunan çinli iş adamı Qao Pin, 3 il həbsxanada saxlanıldıqdan sonra 400 min avro girov müqabilində azadlığa buraxılıb. Sia.az