İtaliyada nəqliyyatın işi iflic oldu - Tətil dalğası

İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib. Məlumata görə, elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb.

İtaliyada bu gün nəqliyyat sektorunun əməkdaşları ümummilli tətil elan edib. Məlumata görə, elan olunan tətillə əlaqədar avtobuslar, qatarlar, gəmi və təyyarələr fəaliyyətini dayandırıb. Tətil dörd saat davam edəcək. Tətilin bütün iri şəhərlərdə planlaşdırıldığı bildirilib.Məlumata görə, paytaxt Roma, Turin, Milan şəhərlərində səhər və günorta  saatlarında metropoliten də işləməyəcək. Əvvəlcə tətilin 24 saat davam etməsi nəzərdə tutulsa da, hökumətlə aparılan danışıqlar nəticəsində tətilin müddəti 4 saata endirilib. Son məlumata görə, tətil istirahət günlərində dayandırılacaq, oktyabın 30 və 31-də yenidən davam edəcək. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31