Dünya

General faciəvi şəkildə həlak oldu

13 Dekabr 2017 12:26

Ərəb mətbuatının xəbərinə əsasən,  İranın ən təcrübəli raket mütəxəssislərindən biri sayılan general Hüseyn Xosrovi Yəmənin paytaxtı Sənan şəhərinin Ərxab bölgəsində Səudiyyə Ərəbistanının Hərbi Hava Qüvvələrinin bombardmanı zamanı öldürülüb.

Saakaşvili Ukrayna Baş Prokurorluğunda ifadə verəcək

13 Dekabr 2017 12:22

Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib. Sorğu-sual dekabrın 18-nə təyin olunub. 

Tramp İŞİD üzərində qələbəni elan edib

13 Dekabr 2017 12:20

Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub. Bu barədə Ağ evin mətbuat xidməti məlumat yayıb.

Yerə yaxınlaşmış təhlükə barədə niyə xəbər verilmədi?

13 Dekabr 2017 12:11

Noyabrın 9-da diametri 32 metrə çatan 2017 VL2 asteroidi Yerdən 117 min kilometr məsafədə keçib. Bu, səma cisminin planetimizə çox təhlükəli yaxınlaşması sayılır. ABŞ-ın Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyi (NASA) başda olmaqla, dünyanın heç bir müvafiq dövlət qurumu bu barədə məlumat yaymayıb.

Türkiyədə kütləvi zəhərlənmə - 437 tələbə xəstəxanada

13 Dekabr 2017 12:08

Türkiyənin Rizə vilayətində universitet tələbələri arasında kütləvi zəhərlənmə baş verib. Rizə Universitetinin yataqxanasında yaşayan 473 tələbə axşam yeməyindən sonra halsızlıq hiss edib. Onların zəhərləndyi məlum olub. Tələbələr dərhal xəstəxanaya yerləşdiriliblər.

Qısqanc ər ona xəyanət edən qadının barmaqlarını kəsdi

13 Dekabr 2017 12:07

Qısqanc ər ona xəyanət etməkdə günahlandırdığı həyat yoldaşının əllərini kəsib. Həkimlər onun bir əlini yerinə tikə bilsələr də, digər əlini bərpa edə bilməyiblər. 

“Çocuklar duymasın” serialında yenilik

13 Dekabr 2017 11:36

Türkiyədə yayımlanan məşhur “Çocuklar duymasın” serialının ekranlara vida edəcəyi bildirilirdi. Serialın son bölümlərinin  reytinqlərdə istənilən nəticə verməməsi bu şaiyələrə səbəb olmuşdu.

İsrail müharibəyə hazırlaşır - Yaxın Şərqdə SULAR İSİNİR

13 Dekabr 2017 11:30

İsrail ordusunun 2017-ci ildə həyata keçirdiyi hərbi təlimlər ölkənin Livan istiqamətində yeni bir müharibəyə hazırlaşdığını göstərir. Bu haqda “Yeni Şəfəq” nəşri yazıb. İsrail mart ayından etibarən 8 hərbi təlim keçirib. Ən genişmiqyaslı təlim isə 5-14 sentyabr tarixlərində keçirilən “Light of the Grain” təlimləri olub. Bildirildi ki, 18 ay əvvəldən hazırlıqlarına başlanılan təlimin hədəfi İsrail ordusunun xarici güclərlə döyüş qabiliyyətini yoxlamaqdır. Təlimin ölkənin şimal sərhədində həyata keçirilməsi isə “xarici güc”ün məhz Livan olduğunu deməyə əsas verir.

Dövlət katibi: ABŞ KXDR ilə danışıqlara hazırdır

13 Dekabr 2017 11:28

"ABŞ Şimali Koreya ilə danışıqlar aparmağa hazırdır".  Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqtonda Atlantik Şuranın iclasında çıxış edərkən bəyan edib.

Məşhur müğənni həbs olundu - Banan yediyi üçün

13 Dekabr 2017 11:26

Misir məhkəməsi məşhur müğənni Şimaya həbs cəzası verib. Buna səbəb müğənninin yeni klipində seksual pozalarla banan yeməsi olub. 25 yaşlı cazibədar müğənni keçən ay sözügedən klipin yayımından sonra yaşanan mübahisələr səbəbilə polis tərəfindən saxlanılmışdı. Məhkəmə isə prosesdə on qarşı əxlaqsızlıq və açıq-saçıq videoçarx yayımlamaq ittihamı ilə həbs cəzası vermişdi. Məhkəmədə müğənni ilə yanaşı, klipin rejisssoru haqqında da 2 il həbs cəzası qərarı çıxarılıb.

3 qızını və arvadını vəhşicəsinə öldürdü, binadan aşağı atdı - Atadan DƏHŞƏTLİ ƏMƏL 

13 Dekabr 2017 11:22

Əsəbləri yerində olmayan kişi həyat yoldaşını və 3 övladını acımasızca qətlə yetirib. Hadisə Türkiyənin Kayseri bölgəsində baş verib. Naməlum səbəblərdən qəzəblənən Erol Adıyaman evə gələrək əvvəl həyat yoldaşı Səfiyə Adıyamanı öldürüb. Uşaqların gözü önündə analarını qətlə yetirən kişi, daha sonra 3 övladını - Çinar Berk Adıyaman, Elanur Adıyaman və Nazlı Nur Adıyamanı da öldürüb. Əsəbi soyumayan ata daha sonra cəsədləri yaşadığı evin 2-ci mərtəbəsindən aşağı atıb.

4 nəfəri zorladığını deyən model ifşa olundu 

13 Dekabr 2017 11:19

Bir müddət əvvəl quldurlar tərəfindən fotosessiya çəkmək adı ilə aldadılıb qaçırılıb, zorlandığı deyilən model Xlo Alinqin yalanı üzə çıxıb.  Modelin qaçırılmadığı, təcavüzə uğramadığı məlum olub. Belə ki, bunu hadisə ilə əlaqədar saxlanılan şəxs ifadəsində deyib. O bildirib ki, Xlo məşhur olmaq üçün belə bir üsula əl atıb.

Məşhur işadamı oğlunu öldürüdü

13 Dekabr 2017 10:35

Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən məşhur ayyaqqabı firmasının sahibi Nemət Tarlak oğlu Burak Tarlakı öldürdüyünü etiraf edib. Olaylar.az bildirir ki, oğlunun narkotik istifadəçisi olduğunu və atasından tez-tez maddi vəsait istəyirdi. Nemət Tarlak oğluna pul verməyərək, aralarında mübahisə əmələ gəlib. Bu zaman atasına bıçaqla hücum edən Buraka atası iki güllə ilə öldürüb.