400-dən çox aviareys ləğv olunub

Kanadanın Toronto şəhər aeroportunda güclü qar səbəbindən 400-dən yuxarı aviareys ləğv olunub.

"Report" xəbər verir ki, bu barədə Toronto Hava Limanları İdarəsinə istinadən CBC telekanalı məlumat yayıb.

Telekanal xəbər verir ki, Bakı vaxtı ilə 5:54-ə olan vəziyyətə görə, Lester.B Pirson adına Toronto Beynəlxalq Aeroportunda 208 uçan reys, daha 194 gələn reys ləğv edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31