Dünya
Məşhur idmançının ailəsində faciə: arvadı qızını doğradı, oğlunu boğdu
İtaliyanın və Avropanın ən məşhur reqbiçilərindən olan italyan Andrea Benattinin ailəsində məşum faciə yaşanıb. İdmançının 39 yaşlı arvadı Antonella Barbyeri 2 yaşlı qızı Kimi yataqda yastıqla boğandan sonra 5 yaşlı oğlu Lorenso Zevsi maşına oturdub.
Bu il internetdə nə axtarıldı? - REYTİNQ - VİDEO
İnternetdə ən böyük və populyar axtarış sisteminə malik Google korporasiyası 2017-ci ildə insanların vebdə axtarışa verdikləri kəlmələr əsasında "Ən çox axtarılanlar" (Year In Search 2017) reytinqini açıqlayıb.
Meksika təşviş yaşayır - Son saatlarda 7 zəlzələ
Gecə saatlarından başlayaraq bu gün Meksikanın Gerrero və Oaxaka şəhərlərində 4.0-4,2 bal gücündə olmaqla 7 zəlzələ baş verib. Yeraltı təkanlar müxtəlif saatlarda hiss olunub.
Qüds ətrafında baş verənlər Qarabağla eynilik təşkil edir
Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdslə bağlı məlum açıqlaması bütün dünyanın əsas diqqət mərkəzinə çevrildiyi kimi, bu məsələyə olan münasibətdə də fərqli yanaşmaları ortaya qoydu. Bəziləri Qüdsün İsrail, bəziləri isə Fələstin şəhəri olması mövqeyindən çıxış etdi. Elə Azərbaycanın özündə də sözügedən məsələ ilə bağlı müxtəlif yanaşmalara ortaya qoyuldu. Siyasətçisindən tutmuş iqtisadçısına kimi, ziyalısından tutmuş sadə vətəndaşına qədər hərə öz möğvqeyini ortaya, məsələyə, problemə yanaşma tərzi sərgilədi. Elə siyasi partiya nümayəndələri də öz növbələrində Qüds qalmaqalına münasibtə bildirdilər.
Ermənistan Trampın Qüds qərarına niyə sevinir? – ŞOK SƏBƏB
ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra Ermənistan yeni xülyalara qapılıb. İrəvanda ABŞ-ın Qüds qərarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə də aid ediləcəyini düşünürlər. Ermənistan mediası da Qüdsün Qarabağ üçün presedent olacağını iddia edir. Lakin erməni politoloq Aleksandr İskəndəryan ermənilərin mənasız ümidlər bəslədiyini etiraf edib.
Rusiya Tartusdakı dəniz bazasını genişləndirir
Rusiya prezidenti Vladimir Putin Suriyanın Tartus şəhərindəki hərbi dəniz bazasının genişləndirilməsi ilə bağlı müqaviləni Dövlət Dumasına təqdim edib. Bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.
Səudiyyə bombardman etdi – 10-larla ölü, 80-dən çox yaralı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya gücləri Yəmənin paytaxtı Sanada polis mərkəzini vurub. Aviazərbələr nəticəsində onlarla insan ölüb, 80-dən çoxu yaralanıb. Hücum zamanı polis bölməsində 180 nəfər olub.
ABŞ Türkiyəyə hücuma hazırlaşır – Trampın köməkçisi MƏXFİ PLAN HAZIRLADI
ABŞ Rakkadan sağ-salamat çıxardığı İŞİD-çilərlə İdlibə hücum edir. Rakkadan təxliyə olunan İŞİD üzvləri İdlib-Rahcan bölgəsində 5 kəndi ələ keçirib. Müxaliflər mühasirəyə aldıqları Rahcandakı İŞİD-çilərə gizli yolla silah-sursat çatdırıldığını deyir.
ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi vaxt bilindi
ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsi üç ildən tez başa çatmayacaq. Məlumata görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson deyib. Onun sözlərinə görə, bu proses genişmiqyaslı olacaq və qısa vaxtda bunu həyata keçirmək mümkün deyil. Xatırladaq ki, bir müddət əvvəl R.Tillerson səfirliyin köçürülməsinin bir ildən çox vaxt aparacağını bildirmişdi.
Peskov: "Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"
Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. “Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”, - deyə o vurğulayıb.
İslam içində elə radikal qaraguruh formalaşıb ki,...
Günümüzdə İslam dini böyük bir coğrafiyaya, Qərbə, Avropaya yayılmaqla yanaşı. Onun mənfi tendensiyaları da özünü göstərir, büruzə verir. Belə mənfi tendensiyalardan biri də radikallığın artmasıdır. Ən pis cəhət odur ki, bu radikallıq hər bir istiqamətdə özünü göstərir. İnsanlara qarşı nifrətdə, qadınlara qarşı münasibətdə, dövlətlərə qarşı mövqedə və s. Elə İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay da bu qənaətdədir.
Amerikanın Qüds qərarı Türkiyəyə qarşı hesablanıb
Artıq bir həftəyə yaxındır ki, bütün dünyanın diqqəti Qüdsə cəmlənib. Daha dəqiq desək Birləşmiş Ştatlar prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi görməsi və Amerikanın Təl-Əviddəki səfirliyini bura köçürmək niyyətini açıqlaması əsas diqqətləri məhz Yaxın Şərqə, Qüdsə yönəldib. İndi Avropada Asiyaya. Qərbdən Şərqə, müsəlman dünyasından xristian aləminə qədər hər kəsi bu məsələ maraqlandırır ki, Trampın qərarının Yaxın Şərqdə hansı insdentlərə, gərginliklərə yol açacaq. Və buna İslam coğrafiyasının adekvat cavabı nə olacaq.
Azərbaycanlı biznesmen "Çerkizovo"nu satır
Azərbaycan əsilli iş adamı İqor Babayevin ailəsi "Cerkizovo" şirkətlər qrupundakı səhm paketini (89,5%) satışa çıxara bilər. Bu barədə öz mənbələrinə istinadən "Kommersant" qəzeti yazıb. Bildirilir ki, biznesmen Taylandın "CP Foods" şirkəti və Vadim Moşkoviçə məxsus "Rusaqro" ilə danışıqlar aparır. "Çerkizovo"nun rəsmisi məlumat təkzib edib.
HƏMAS lideri saxlanıldı - İsrail polisindən əməliyyat
İsrail təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində İordan çayının Qərb sahilində 32 fələstinli saxlanılıb. Saxlananlar arasında HƏMAS hərəkatının liderlərindən biriHəsən Yusif də var. Məlumata görə, İordan çayının Qərb sahilindəki əməliyyat ŞABAK xüsusi xidməti və sərhəd polisi ilə birgə keçirilib. Saxlanan şəxslər ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra etirazlar dalğasına təşəbbüs göstərməkdə ittiham olunurlar.
“Avropa Birliyi qrup və insan qaçaqçılarına maddi dəstək verir”
Aİ (Amnesty International) Avropa hökumətlərini Liviyadakı miqrantlara qarşı yönəlmiş hər növ işgəncə və zor tətbiqində bilə-bilə əli olduğunu bildirib. Aİ Avropa Birliyinin Liviyada qarşıdurma yaradan qrup və insan qaçaqçılarına maddi dəstək verdiyini açıqlayıb. BBC-nin suallarına AB hələ bir cavab verməyib.














