Peskov: "Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür"
Türkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. “Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur”, - deyə o vurğulayıb.
13 Dekabr 2017 14:40 DünyaTürkiyə prezidenti Ərdoğanın Qüdslə bağlı mövqeyi Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov bildirib. "Biz Türkiyənin mövqeyi ilə tanışıq. Hazırda bu mövqe Rusiyanın mövqeyi ilə üst-üstə düşmür. Rusiyanın Qüds və Yaxın Şərqdəki vəziyyətlə bağlı mövqeyi məlumdur", - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün İƏT-in İstanbulda keçirilən fövqəladə sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qüdsü Fələstinin işğal altında olan paytaxtı kimi tanımağa çağırıb və İsraili terrorçu dövlət adlandırıb. Apa.az "Russian Today"a istinadən xəbər verir.