Dünya

“Microsoft” kvant hesablamaları üçün proqramlaşdırma dili təqdim edib

13 Dekabr 2017 19:23

“Microsoft” şirkəti tərəfindən təqdim edilmiş “Quantum Development Kit” adlı hazırlama vasitələri paketinin pulsuz ilkin versiyasının köməyi ilə proqramçılar kvant hesablamaların imkanlarından istifadə edərək proqramlar yarada biləcəklər.

“Samsung” qurğuların enerji ilə dodurulması üçün “ağıllı” sviteri patentləşdirib

13 Dekabr 2017 19:18

Cənubi Koreyanın "Samsung" şirkəti istifadəçilərə qurğuları enerji ilə doldurmağa imkan verəcək "ağıllı" sviter modeli üçün patent hüququ alıb. Şirkətin planlarına görə, cemper enerjini əl hərəkətlərindən hasil edəcək. Qollarda və geyimin ön hissəsində xüsusi ötürücülərin quraşdırılması nəzərdə tutulur.

“Goldmont Plus” arxitekturalı ilk birkristallı “Gemini Lake” sistemləri təqdim edilib

13 Dekabr 2017 19:11

“Intel” şirkəti “Goldmont Plus” arxitekturası əsasında ilk birkristallı “Gemini Lake” sistemlərini təqdim edib. Onlar 14 nanometrlik texnoloji proses üzrə hazırlanan “Apollo Lake” həllini əvəzləməklə ucuz noutbuk, mini-fərdi kompüter və istilik ayırması (TDP) zəif prosessorlar tələb edən digər qurğularda istifadə olunacaq. Ümumilikdə 6 yeni çip nümayiş olunub: üç mobil və üç masaüstü həll. Sonuncu üçün “Pentium Silver J5005”, “Celeron J4105” və “Celeron J4005”, mobil qurğular üçün “Pentium Silver N5000”, “Celeron N4100” və “Celeron N4000” hazırlanıb.

Ekranın alt hissəsinə qurulmuş barmaq izi skaneri ilə təchiz edilmiş smartfon təqdim olunacaq

13 Dekabr 2017 19:05

ABŞ-ın kompüter komponentləri istehsalçısı olan “Synaptics” şirkəti ekranın alt hissəsinə qurulmuş “Clear ID” barmaq izi skanerinin işlək prototipini yaradıb. Bu texnologiya ilə təchiz edilmiş ilk smartfon 2018-ci ilin yanvarında təqdim ediləcək.

41 illik ailə həyatlarına bir məhkəmə ilə son qoyuldu

13 Dekabr 2017 19:00

“Leyla və Məcnun” serialında “Ağ saqqalı dədə” obrazı ilə tanınan aktyor Köksal Engürlə həyat yoldaşı Jalə Engür 41 illik ailə həyatılarına son qoyublar. 63 yaşlı Jalə 71 yaşlı ərindən boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Tərəflər proses zamanı bir-birinə qarşı hər hansı maddi və mənəvi təzminat tələbi irəli sürməyiblər. Qarşılıqlı şəkildə razılaşaraq boşandıqlarını deyən Jalə və Köksalın 41 illik ailə həyatı mübahisəsiz bitib. 

"Boşanacağımı desəydilər, gülərdim"

13 Dekabr 2017 18:50

MAG jurnalı üçün müsahibə verən model Demet Şener boşanma ərəfəsində olduğu basketbolçu əri İbrahim Kutluayla bağlı etiraflar edib.

Səudiyyə Ərəbistanında qadınlara daha bir qadağa aradan qaldırılır

13 Dekabr 2017 17:56

Səudiyyə Ərəbistanının Məclis əş-Şurası (Məsləhətçi Şura) qadınların hakim kimi çalışması ilə bağlı qadağanın ləğvini təklif edib. Məlumata görə, təklifdə məqsəd vəzifə təyinatı zamanı cinsi ayrı-seçkiliyin aradan qaldırılması, hüquq fakültələrinin məzunlarına yeni imkanlar verilməsidir.

Pakistanda qaz kəmərində partlayış - 15 ölü

13 Dekabr 2017 17:46

Pakistanın Kəraçi şəhərində baş vermiş partlayış nəticəsində azı 15 nəfər həlak olub. Partlayış qaz kəmərində qeydə alınıb. Hələlik partlayışın mənşəyi məlum deyil. Təfərrüatlar haqqında məlumat verilməyib. 

Hindistanda 60 nəfər “Okxi”nin qurbanı oldu

13 Dekabr 2017 17:44

Hindistanın cənubunda ötən həftənin əvvəli tüğyan etmiş “Okxi” qasırğasının qurbanlarının sayı artmaqdadır. Məlumata görə, son rəqəm 60 nəfərə çatıb. bMəlumata görə, daha 2500 nəfərin həyatı xilas edilib. Daha ağır fəsadlar Hindistanın Tamilnad ştatında qeydə alınıb.

“Əfsanə”nin sonu və ya damda yaşayan Mişanın sərgüzəştləri...

13 Dekabr 2017 17:12

Ölkəsində böyük nüfuz qazanmışdı, hakimiyyətə gəlmişdi. Sonra sözün əsl mənasında, inqilab etmişdi. Onilliklər boyu korrupsiya içərisində boğulan ölkəsini düzlüyə çıxartmışdı. Ədalətsizliyi bitirmişdi, rüşvətin, korrupsiyanın kökünü böyük ölçüdə kəsmişdi, demokratik idarəçilik sistemi qurmuşdu.

Öncəgörmələri gerçəkləşən türk astroloqdan QORXUNC 2018 PROQNOZU: DƏHŞƏTLİDİR

13 Dekabr 2017 17:10

2017-ci illə bağlı bir çox öncəgörmələri gerçəkləşən Türkiyənin məşhur astroloqu Aslı Güdər 2018-ci ildə dünyada baş verəcəklərlə bağlı bir sıra proqnozlar verib. Astroloq gələn il III Dünya müharibəsinin başlamayacğını deyib: “Lakin III Dünya müharibəsindən daha betər olan terror aktlarının şahidi olacağıq. Dövlət qura bilməyən İŞİD-in gizli hücrələri Avropa ölkələrinin paytaxtlarında daha öncə bənzəri olmayan qətliamlar törədəcək. Diqqət edin, terror aktı yox, birbaşa qətliamlar”.

Qırğızıstanda mobil telefon QADAĞASI

13 Dekabr 2017 16:56

Qırğızıstan Parlamentinin deputatları ümumtəhsil məktəblərində mobil telefonların qadağan edilməsi təklifi ilə çıxış ediblər. Məlumata görə, bununla bağlı layihə artıq ölkədə ictimaiyyətin müzakirəsinə çıxarılıb.

Roma Papası “WhatsApp”dan istifadə edirmi? - Vatikandan cavab

13 Dekabr 2017 16:55

Roma Papası I Fransisk “WhatsApp” proqramından istifadə etmir. Məlumata görə, bunu Vatikanın rəsmi nümayəndəsi Qreq Berk bildirib. Vatikanın rəsmi “Twitter” səhifəsində yazan nümayəndə vurğulayıb ki, Roma Papası insanlara bu proqram vasitəsilə heç bir ismarıc və ya xeyir-dua göndərmir.

ABŞ-ın Rusiyadakı səfirindən Krım BƏYANATI

13 Dekabr 2017 16:32

ABŞ Rusiyadakı yeni səfiri Con Xantsman Krımla bağlı Kremli pərt edəcək açıqlama verib. Bu barədə ABŞ-ın Rusiyadakı səfiri Con Xantsman Krımı Ukraynanın ərazisi olduğunu deyib. “Bu suala beynəlxalq hüquqla tanış istənilən insan cavab verə bilər: Krım Ukrayna ərazisidir. Rusiya-Amerika münasibətlərinin yaxşılaşması üçün Ukraynanın ərazi bütövlüyünün bərpası vacibdir”, - Tvitterdə dərc edilmiş videoyazıda Xantsman bildirib.

Ermənistandan Türkiyə ilə bağlı GÖZLƏNİLMƏZ ADDIM: 2018-ci ildə...

13 Dekabr 2017 16:12

“2018-ci ildə Türkiyə-Ermənistan protokollarını ləğv edəcəyik”. Bunu Yunanıstanda səfərdə olan Ermənistanın xarici işlər naziri bu ölkənin XİN-də çıxışı zamanı deyib. O, “2018-ci ili baharını Türkiyə-Ermənistan prokolları olmadan qarşılayacağıq” deyə bildirib.