Dünya
Ukraynaya yeni genişmiqyaslı hücum hazırlanır - ABŞ şirkətindən XƏBƏRDARLIQ
Ukraynanın energetika şirkətlərinə yeni kiberhücumlar hazırlanır. Bu haqda “Dragos” şirkətinin rəhbəri Robert Liyə istinadən ABŞ-ın “The Atlantic” nəşri yazıb. Daha əvvəlki iki kibethücumla bağlı tədqiqat aparan şirkət rəhbərinin sözlərinə görə, son həftələrdə yüksək fəallıq müşahidə olunur. “Bizim qiymətləndirmələrimizə görə, kiberhücumun bu ay həyata keçirilməsi tamamilə məntiqli olardı”, o xəbərdarlıq edib.
Qızlar yolda qalan oğlanı maşına "atıb", təcavüz etdilər
Cənubi Afrikada qəribə hadisə baş verib. 25 yaşlı oğlan iki qadının təcavüzünə məruz qalıb.Cənubi Afrikanın Limpopo vilayətində yol kənarında dayanıb avtomobil gözləyən 25 yaşlı oğlan onu avtomobilinə mindirən iki qızın təcavüzünə məruz qalıb.
Saakaşvili son qərarını açıqladı: "Qətiyyən zarafat etmirəm" - VİDEO
Gürcüstanın keçmiş prezidenti və Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynanın "Kanal 24” televiziyasının efirində çıxışı zamanı Odessa şəhərinin meri olmaq istədiyini bildirib. Məlumata görə, Saakaşvili deyib ki, fikrində ciddidir və qətiyyən zarafat etmir: “Mən yenidən Odessanın meri olmaq istəyirəm. Zarafat etmirəm, həqiqətən. Mən Odessanı yenidən ayağa qaldırmaq istəyirəm. Lakin Odessanı yenidən ayağa qaldırmaq üçün mütləq oyunun şərtlərini dəyişmək lazımdır. Başqa cür buna nail olmaq mümkün deyil”.
Türkiyədən Fələstinə yardım
Teoman kitab yazır
Məşhur türk müğənnisi Teoman kitab yazır. Olaylar.az bildirir ki, dostları ilə birgə görüntülənən müğənni hazırda kitabı üzərində işlədiyini açıqlayıb.
“Ölkəni daş dövrünə qaytaracağıq!” – İsraildən MÜHARİBƏ ELANI
İran Livanda müasir raket mərkəzi qurur. Bu haqda Səudiyyə Ərəbistanın xəbər portalı “Elaph”a müsahibəsində İsrailin Kəşfiyyat naziri Yisrael Katz bildirib. “İran Livanda müasir raket mərkəzi inşa edir. Bu, bizim “qırmızı xətt”imizdir. Nəyin bahasına olursa-olsun, buna icazə verməyəcəyik. Hərbi müdaxilə ilə buna mane olacağıq, eynilə Suriyada olduğu kimi. Daha geniş və güclü bir hücum olacaq, bu dəfə bütün Livan hədəf alınacaq”, - o bildirib.
Məşhur müğənnilər “O Səs Türkiyə” münsiflərini BİABIR ETDİ: “Özlərinin...”
Türkiyəli müğənnilər Muazzez Ersoy və Aşkın Nur Yengi “O Səs Türkiyə” mahnı yarışmasından narazılıqlarını dilə gətirib. Sənətçilər bu formatda müsabiqələri bəyənmədiklərini ifadə edib.
Ermənilər ölkədən qaçır - BMT-nin hesabatı - VİDEO
Hazırda Ermənistanın əhalisi rəsmi statistikaya görə 3 milyondan bir qədər çoxdur. Lakin ermənilər özləri etiraf edirlər ki, ölkədə heç 2 milyon əhali yoxdur. Mütəxəssislərin hesablamalarına görə, 2016-ci ildən cari ilin oktyabrına qədər Ermənistanda əhalinin sayi 14 min nəfər azalıb. Bu minvalla Ermənistanin əhalisi 2030-cu ildə 2,993 milyon, 2050-ci ildə 2,729 milyona nəfərə enəcək. Bu isə 9,6 faizlik azalma deməkdir.
ABŞ-dan dollarla bağlı – VACİB QƏRAR
Məşhur aktyor qəzaya düşdü
Türkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib. Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Jurnalistlər azadlıqda
Rəqs edən uşağa elə bir zərbə endirdi ki...Toyda DƏHŞƏTLİ hadisə VİDEO
Dünya informasiya təhlükəsizliyi bazarının həcmi 9 faiz artıb
“Canalys” analitik şirkəti 2017-ci ilin üçüncü rübündə dünyada kibertəhlükəsizlik üçün xərclərin 9 faiz artaraq 8 milyard dollara çatmasını açıqlayıb.
Bu şirkətin noutbuklarında klaviatura casusu aşkar edilib
“HP Inc.” şirkətinin kompüterlərində yenidən casus funksionallığı aşkar edilib. Bu barədə informasiya təhlükəsizliyi üzrə müstəqil mütəxəssis Maykl Minq məlumat verib.
Növbəti “Galileo” peyk sistemi buraxılıb
“Ariane-5” raketdaşıyıcısı dekabrın 12-də Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan region) yerləşən Kuru kosmodromundan start götürüb. Raketdaşıyıcısının vəzifəsi hazırlanması ilə Avropa Kosmik Agentliyinin (European Space Agency, ESA) məşğul olduğu dörd qlobal “Galileo” naviqasiya peyk sistemini orbitə çıxarmaqdan ibarətdir.














