Məşhur aktyor qəzaya düşdü
Türkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib. Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
14 Dekabr 2017 09:10 DünyaTürkiyəli aktyor Yağmur Atacanın idarə etdiyi avtomobil başqa avtomobillə toqquşub. Zərbənin təsirindən aktyorun avtomobili maneələrə çırpılıb, digər avtomobil isə çevrilib.
Y.Atacan və maşında olan 8 yaşlı qızı xəsarət almayıb. Digər sürücü isə ağır xəsarətlə xəstəxanaya yerləşdirilib.
Qəzadan sonra açıqlama verən aktyor yoldan şikayətlənib:
"Mən neçə dəfə bu yolla bağlı lazımi qurumlara şikayət etmişəm. Əgər tədbir görməsələr bu yolda daha çox qəza olacaq".