Dünya

Bir ayda 9 min müsəlmanı öldürdülər

14 Dekabr 2017 14:25

Myanmadakı Rakhayn ştatında müsəlman rohincaların təqibi başlanandan bəri ölkəni tərk edərək qonşu Banqladeşə qaçan müsəlmanların sayı 626 min nəfəri keçib.

4 müəllimə FETÖ – dən saxlanıldı

14 Dekabr 2017 14:23

Əfqanıstan FETÖ terror qruplaşmasına qarşı əməliyyat həyata keçirilib. Olaylar.az bildirir ki, əməliyyat Əfqanıstanın paytaxtı Kabilin Taymanlı mahalında yerləşən Əfqan – Türk qız məktəbində aparılıb. Əməliyyat zamanı 4 müəllimə saxlanılıb.

Əfqanıstan əməliyyata başladı - 20 silahlı məhv edilib

14 Dekabr 2017 14:11

Əfqanıstanda Hərbi Hava Qüvvələri ölkənin cənubunda uğurlu əməliyyat keçirib. Müdafiə Nazirliyi əməliyyat nəticəsində azı 20 silahlı məhv edilib. Məlumata görə, avizərbələr əsasən Marca, Qereşk mahallarına endirilib. Əməliyyatla bağlı başqa təfərrüatlar açıqlanmayıb.

Bu sərhəd əraziləri Ermənistandan alındı - İrəvan ŞOKDA

14 Dekabr 2017 14:06

Ermənistanın İranla sərhədin yaxınlığındakı yolun tikintisi sərhədi qoruyan Rusiya hərbiçilərinin tələbi ilə dayandırılıb. Bu məsələdə Ermənistanda qalmaqala səbəb olub. Ermənistan mediası bu hadisəni “İranla sərhəd bölgəsinin Rusiya tərəfindən alınması” kimi dəyərləndirir.

Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM

14 Dekabr 2017 13:40

Rusiya Prezidenti Vladimir Putinin ənənəvi illik mətbuat konfransı başlayıb.  Kremlin sözçüsü Dmitri Peskov mətbuat konfransında iştirak etmək üçün rekord sayda media nümayəndəsinin qeydiyyatdan keçdiyini deyib.

Mustafa Sandalın həyat yoldaşından ayrılma səbəbi məlum oldu

14 Dekabr 2017 13:28

Məşhur türk müğənnisi Mustafa Sandalın həyat yoldaşı Əminə Sandaldan ayrılma səbəbi məlum olub. Olaylar.az bildirir ki, məşhur cütlüyün ayrılmasına səbəb Əminə Sandalın bədxərc olması olub. Belə ki, Mustafa Sandal 2010 –cu ildə aldıqları lüks villanı hər il həyat yoldaşı tərəfindən tamamilə yenidən dekor edilməsindən usanıb. Bu səbəbdən ailələrində tez – tez problem yaşayan müğənninin 5 ay bundan öncə evini tərk etdiyi bildirilir.

Moskvada rekord: təmirsiz mənzil 4,15 milyarda satılır 

14 Dekabr 2017 13:16

Rusiyanın paytaxtı Moskva dünyanın ən bahalı şəhərlərindən biridir. Moskvada daşınmaz əmlak da çox bahalıdır. Lakin bu günlərdə satışa çıxarılmış iki mənzilin qiyməti heyrət doğurur. Moskvanın Patriarişe Prudı səmtində, Qranatnaya döngəsinldə inşa edilmiş "Granatny Palace" yaşayış kompleksindəki binalardan birinin 8-ci mərtəbəsində yerləşən mənzil 4,15 milyard rubla (70 milyon dollar) satılır. Mənzil təmirsizdir. Ümumi sahəsi 952 kvadrat metr olan penthaus binanın 8-ci mərtəbəsini bütünlüklə tutub.

Ermənistan ABŞ vətəndaşının ölkədə terror aktı planlaşdırdığını açıqlayıb

14 Dekabr 2017 13:06

Ermənistan Milli Təhlükəsizlik Xidməti ABŞ vətəndaşının Ermənistanda terror aktı planlaşdırdığını açıqlayıb. Qurum ölkə ərazisində terror planlaşdıran şəbəkəni aşkara çıxarıb  Məlum olub ki, milliyyətcə erməni olan ABŞ vətəndaşı “Facebook”da səhifə açaraq “Ədalət naminə döyüşənlər” adlı qrupun yarandığını və bu qrupun strategiyasını açıqlayıb. Həmin səhifə vasitəsilə Ermənistan hüquq-mühafizə orqanlarına və xüsusi şəxslərə qarşı zorakılıq təbliğ olunub, partlayış törətmə, yandırma kimi addımlara çağırış edilib.

ABŞ-dan gözlənilməz İsrail QƏRARI

14 Dekabr 2017 12:33

ABŞ-ın vitse-prezidenti Maykl Pensin İsrailə planlaşdırılan səfəri qeyri-müəyyən müddətə təxirə salınıb. Bu haqda İsrail mediası yazıb. Səfərin ABŞ Konqresində vergi islahatı ilə bağlı müzakirələrlə əlaqədar təxirə salındığı bildirilir. Daha əvvəl isə Fələstin lideri Mahmud Abbas Maykl Penslə görüşməyəcəyini açıqlayıb. 

Aktirsa tərəf-müqabilinə görə sevgilisindən ayrıldı

14 Dekabr 2017 12:28

İş adamı sevgilisi Efe Durudan ani bir qərarla ayrılan aktrisa Gökçe Bahadırın tərəf-müqabili Mert Fıratla eşq yaşadığı deyilir. Aktrisa ilə sevgilisinin ayrılmasına səbəb kimi elə Mert göstərilir. Tanınmışların birlikdə çəkildiyi "Ufak tefek cinayetler" serialında olduğu kimi, real həyatda da gizli eşq yaşadıqları idida edilib. 

Məşhur aktrisa cinsi zorakılığa məruz qaldığını etiraf etdi

14 Dekabr 2017 12:20

Adı təcavüzdə hallanan məşhur prodüsser Harvey Vaynştayni ittaham edən qadınlar sırasına daha bir məşhur sima əlavə olunub. Olaylar.az bildirir ki, "New York Times"  qəzetinə açıqlama verən 52 yaşlı aktrisa Vaynştayn üçün "o bir canavardır"- ifadəsini işlədib. Salma Hayek “Frida” filminin çəkilişləri zamanı prodüsserin hansı seksual xarakterli təkliflərinə yox dediyini açıqlayıb.

Terrorçu Polis Akademiyasında özünü partlatdı

14 Dekabr 2017 12:02

İntiharçı-terrorçu Somali paytaxtı Moqadişoda Polis Akademiyasına hücum edib. Hücum nəticəsində azı 3 nəfərin həlak olduğu bildirilir. Məlumata görə, intiharçı-terrorçu təhsil müəssisəsinə daxil olaraq partlayıçı qurğunu işə salıb. Ölkə ərazisində mövcud olan terror qruplaşmalarından hələ heç biri insidentlə bağlı məsuliyyəti öz üzərinə götürməyib. Hadisə ilə bağlı araşdırmalar başlayıb. 

Netanyahudan İstanbul zirvəsinin qərarı barədə açıqlama

14 Dekabr 2017 11:54

İsrailin baş naziri Benyamin Netanyahu İstanbulda keçirilən İƏT zirvə toplantısında Qüdslə bağlı qəbul edilən qərarla əlaqəli açıqlama verib. Netanyahu "bu qərarın bizə aidiyyatı yoxdur, bir çox ölkə səfirliyini Qüdsə köçürəcək"-deyib. Netanyahu qeyd edib ki, nəticədə həqiqət qalib gələcək və bir çox ölkə İsraildəki səfirliyini Qüdsə köçürəcək. Bununla da bu ölkələr Qüdsü İsrailin paytaxtı kimi tanıyacaqlar.

Aktrisa Alişana sevgisini elan etdi

14 Dekabr 2017 11:47

Bir müddətdir eşq yaşadıqları deyilən müğənni Alişanla aktrisa Buse Varol sevgili olduqlarını sosial şəbəkədə elan ediblər. Şəklini İnstaqram hesabında yerləşdirən Buse "Külək əsdi üstümə, səni vurdu üzümə" mahnı sözlərini paylaşıb. Alişan isə aktrisanın bu paylaşımına "ürək" işarəsi ilə qarşılıq verib.