Dünya

İraqda 38 nəfər EDAM edildi

14 Dekabr 2017 17:15

İraqda ölüm hökmünə məhkum edilmiş 38 nəfər edam edilib. Həmin şəxslər terrorçuluqda ittiham olunublar. Bildirilir ki, edam cəzaları məhkəmə hökmü təsdiq olunduqdan və rəsmi Bağdadın icazəsindən sonra icra edilib. Həmin şəxslərin İŞİD terror təşkilatı ilə əlaqələri olduğu barədə məlumat verilib.

Çində kömür mədənində qəza - 5 ölü

14 Dekabr 2017 17:11

Çinin cənub-qərbindəki Quyçjou əyalətində kömür mədənində baş vermiş qəza nəticəsində 5 nəfər həlak olub, 20 nəfər isə xəsarət alıb. Qəzaya mədəndə qazın alışması səbəb olub. Xilasetmə işlərinə 500-dən çox şəxs cəlb edilib. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Maliyyə Nazirliyində FETÖ əməliyyatı – 79 şübhəli

14 Dekabr 2017 16:37

Ankara Prokurorluğu Maliyyə Nazirliyində və ona bağlı olan qurumlarda FETÖ ilə işbirliyində şübhəli bilinən şəxslər haqda qərar çıxarıb.  FETÖ istintaqı çərçivəsində vəzifəsindən uzaqlaşdırılan və Baylok xəbərləşmə proqramından istifadə etdiyi müəyyən edilən 79 nəfər şübhəlidən 24-ü həbs olunub.

Ermənilər və havadarlarının məqsədləri iflasa uğradı - Strasburqda

14 Dekabr 2017 16:35

Dekabrın 12-də Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar sessiyasında Avropa İttifaqının (Aİ) xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti xanım Federika Moqerininin iştirakı ilə növbəti “Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat” sənədi qəbul edilib.

İrəvan yenə borc almağa qərar verdi

14 Dekabr 2017 16:18

Ermənistan hökuməti dövlət borcunun artırılmasına qərar verib. Bu barədə informasiyanı “Joxovurd” qəzeti yayıb. “Yeni kredit razılaşması Maliyyə Nazirliyi, Almaniya İnkişaf Bankı və Dövlət Su Təsərrüfatı Komitəsi arasında imzalanacaq. Kreditin dəyəri 18,5 milyon avro olacaq. Bu kredit sayəsində İrəvan Kapsi su anbarında təmir işləri apara biləcək. Kredit 5 ili güzəştli olmaqla, 15 il müddətinə veriləcək. Onun istifadəsinə 2023-cü ildən başlanacaq”, – deyə qəzet bildirib.

“Saakaşvilinin etdikləri bu xalqların üzündə tüpürcəkdir”

14 Dekabr 2017 16:11

“Saakaşvilinin etdikləri Ukrayna və Gürcüstan xalqlarının üzündə tüpürcəkdir”.   Bunu Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi mətbuat konfransında deyib.

Yunanıstanı tətil bürüdü

14 Dekabr 2017 16:03

Yunanıstanda dövlət və özəl şirkət əməkdaşları 24 saatlıq tətilə başlayıblar. Etirazlara səbəb ölkə rəhbərliyinin beynəlxalq kreditlərin təzyiqi altında qəbul etdiyi sərt islahatlardır. 

Bir ay ərzində Myanmada 9 min rohinca həlak olub

14 Dekabr 2017 15:50

Myanmada bu il avqustun 25-dən sentyabrın 24-dək olan müddətdə 9 min rohinca müsəlmanı həlak olub, onlardan, təqribən, 6,7 mini qətlə yetirilib. Bu barədə "Sərhədsiz həkimlər" (MSF) beynəlxalq təşkilatının saytında məlumat verilib.

İsrailin kəşfiyyat naziri Livanı yer üzündən siləcəkləri ilə hədələdi

14 Dekabr 2017 15:46

“Sizi əmin edirəm ki, Livanı daş dövrünə qaytararıq”. Bunu İsrailin kəşfiyyat və atom energetikası naziri İsrael Kats mərkəzi Səudiyyə Ərəbistanıda yerləşən “Elaph” qəzetinə müsahibəsində deyib.

İsrail polisləri müsəlman uşaqlarını hin kimi yerdə saxlayırlar

14 Dekabr 2017 15:39

Donald Trampın Qüdslə bağlı qərarından bir həftə keçir. Bu həftə ərzində Fələstində, xüsusilə də Qəzza küçələrində etiraz aksiyaları keçirilib. İsrail əsgərləri isə mitinqlərin qarşısını alırlar.

Putin: “Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”

14 Dekabr 2017 15:29

“Rusiya Şimali Koreyanı nüvə dövləti kimi tanımayacaq”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında “Associated Press” müxbirinin Şimali Koreya ilə bağlı sualını cavablandırarkən deyib.

Putin: “Tramp Rusiya ilə bağlı seçkiöncəsi vədlərini yerinə yetirə bilmir”

14 Dekabr 2017 14:59

“Trampa qiyməti mən verməməliyəm”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. O bildirib ki, Trampa amerikalılar qiymət verməlidir. “Həm də investorlar ABŞ-a etibar edirlər, bu isə vacib göstəricidir”, - deyə o vurğulayıb.

Vulkan partlayışından məhv olan şəhərdən 2 min illik çörək tapıldı

14 Dekabr 2017 14:56

İtaliyanın Vezuvi vulkanı 2 min il əvvəl partlayaraq Pompey şəhərini tarix səhnəsindən silib. Şəhər vulkandan sonra kömürləşərək bu günümüzə qədər gəlib çatıb. Eramızdan əvvəl 79-cu ildə baş verən vulkan püskürməsi Pompey, Herkulanium və Stabia şəhərləri xəritədən silinib. Hələ də aktiv olan vulkan 1944-cü ildə sakitləşib.

Putin: “Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq niyyətində deyilik”

14 Dekabr 2017 14:54

"ABŞ Orta və yaxın mənzilli raketlərin ləğvi üzrə müqavilədən çıxmaq üçün informasiya-təbliğat işi aparır”. Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinMoskvada keçirdiyi ənənəvi illik mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

Rusiya kosmosda nüvə müharibəsinə hazırlaşır

14 Dekabr 2017 14:40

Rusiyanın taktik nüvə silahının arsenalını müasirləşdirməsi və genişləndirməsi ölkənin nüvə müharibəsinə hazırlaşdığını göstərir. Bu haqda “The Washington Free Beacon” nəşrinə ABŞ Müdafiə Nazirliyindəki (Pentaqon) anonim mənbələr bildiriblər.